Ümumi Məlumat

Korporativ Akademik dərəcələr: i.e.n.
Müəssisə məlumatları: Rus İqtisad Məktəbi, Tətbiqi İqtisadiyyat Kafedrası
WoS Tədqiqat Sahələri: Management, Economics, Business Finance
AVESİS Tədqiqat Sahələri: Accounting, Finance, Accounting and Control
Ölçülər

Nəşr

4

Nəşr (WoS)

1

Nəşr (Scopus)

3

İstinad (Scopus)

12

H-indexi (Scopus)

2

Açıq giriş

4
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

D. Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini “Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinat ilə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Normativ-tədqiqat bürosunda iqtisadçı, sonra böyük iqtisadçı, 1993-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun sosioloji eimi-tədqiqat laboratoriyasında elmi işçi vəzifələrində çalışmışdır. 1995-2004-cü illərdə müsabiqə yolu ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadi təhlil” kafedrasının müəllimi, baş müəllimi, 2004-2017-ci illərdə “İqtisadi təhlil və audit”, sonra “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifələrində çalışıb.

16.09.2017-ci il tarixindən UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti, “Mühasibat uçotu və audit” ixtisasının rəhbəri vəzifəsində çalışıb. 16.09.2019-ci il tarixindən “İqtisadiyyat” (rus dilində) kafedrasının (hazırda “Tətbiqi iqtisadiyyat adlanır) “müdiri vəzifəsində çalışır.

2012-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın eksperti işləyib. Respublika Peşəkar Mühasiblər Təşkilatının üzvüdür.

Mühasibat uçotu, o cümlədən idarəetmə uçotu, idarəetmə təhlili, maliyyə hesabatı, auditin müxtəlif aktual problemlərinə həsr olunmuş  200 ç.v. həcmində 110 elmi əsərin, o cümlədən, 5 dərsliyin, 4 dərs vəsaitin, 1 monoqrafiyanın müəllifidir. 25 elmi məqaləsi xarici ölkələrdə nəşr olunub, o cümlədən Web of Science, Skopus və РИНЦ bazalarında.  UNEC-də  tədbiq olunan “Differensial Əmək Haqqı” sistemində hər il reytinq cədvəlində ilk 100-lüyə daxil olub.

 

 

 

İşlədiyi müddətdə elmi-pedaqoji fəaliyyəti və universitetin ictimai həyatındakı fəal iştirakına görə dəfələrlə təşəkkürnamələr və fəxri fərmanlar alıb. 2016 ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Qabaqçıl təhsil işçisi» adlı döş nişanı ilə təltif olunub. 

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.