1963-cü ildə
İsmayıllı rayonunun Tircan kəndində anadan olmuşdur. 1970-ci ildə Qax şəhərində
birinci sinfə getmiş, 1980-ci ildə orta məktəbi bütün fənlər üzrə əla
qiymətlərlə bitirmişdir. Həmin il Azərbaycan
Politexnik İnstitutuna (hazırda Azərbaycan Texniki Universiteti) qəbul
olunmuşdur. Ali məktəbdə əla təhsilə və fəal ictimai fəaliyyətinə görə
Ç.İldırım adına xüsusi təqaüdə layiq görülmüşdür. 1985-ci ildə institutu
fərqlənmə diplomu ilə bitirmişdir.
1985-2001-ci illərdə “Ulduz” Elm
İstehsalat Birliyin müxtəlif vəzifələrdə, o cümlədən sazlayıcı, usta, sex
rəisinin müavini, nəzarət-ölçü cihazları şöbəsinin rəisi vəzifəsində
çalışmışdır.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad
Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında müəllim,
baş müəllimi, dosenti vəzifələrində işləmişdir. 2007-ci ildə texnika elmləri namizədi alimlik
dərəcəsi, 2016-cı ildə dosent elmi adı almışdır. Hazırda həmin universitetin
Mühəndislik və tətbiqi elmlər kafedrasının dosentidir. Elmlər doktoru elmi
dərəcəsi almaq üçün tədqiqat mövzusu üzərində çalışır.
Elmi-pedaqoji fəaliyyətdə fərqləndiyinə görə
universitet rəhbərliyi tərəfindən ona bir neçə dəfə təşəkkür elan edilmişdir. 2020-ci ildə “Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Fəxri Fərmanı” ilə təltif
olunmuşlar. UNEC differensial əmək haqqı sistemində professor-müəllim
heyətinin reytinq cədvəlində müxtəlif illərdə ilk otuzluğa daxil olmusdur.
“Mövlanə Mübadilə
Proqramı”nın iştirakçısı kimi 2013-cü ildə Türkiyənin Gazi Universitetinə
ezam olunmuşdur, bakalavr və magistr təhsil pillələrinin dərs proseslərində
iştirak etmiş, mühazirələr oxumuşdur.
120-dən çox
elmi işin, o cümlədən dərslik, dərs vəsaiti, monoqrafiya, metodik göstəriş və tədrus
proqramlarının müəllifidir. Dəfələrlə Beynəlxalq elmi
konfranslarda iştirak etmişdir. Müəllifi olduğu elmi məqalələr SCOPUS, Clarivate Analytics (Thomson Reuters),
EBSCO Academic Search Complete platformalarına daxil olan jurnallarda nəşr
edilmişdir.
Ailəlidir. Üç övladı var
- Elektron poçt
- ilham_seydaliyev@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/seydaliyev.ilham.mahammad2019