20 iyun 1943-cü ildə Zaqatala şəhərində anadan olub.
1950-1960-ci illərdə Zaqatala şəhər 2 saylı məktəbdə təhsil alıb.
1960-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (indiki Azərbaycan Slavyan Universiteti) daxil olub.
1965-ci ildə həmin institutu bitirdikdən sonra Azərbaycanın Kəlbəcər və Zaqatala kənd orta məktəblərində rus dilini tədris edib.
1969-1985-ci illərdə Azərbaycan pedaqoji rus dili ve ədəbiyyatı institutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.1970-1974-cü illərdə Moskva şəhərində Pedaqoji Elmlər Akademiyasının Milli məktəblərdə rus dilinin tədrisi elmi-tədqiqat institutunun aspiranturasına qəbul olunub və paralel olaraq M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ilin yanvar ayında Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edib, dosent adı alıb.
1975-1979-cu illərdə Banqladeşin Daqqa, Əfqanıstanın Kabul və Məzahi Şərif şəhərlərinin tədris ocaqlarında rus dilinin tədrisi üzrə professor vəzifəsində çalışıb, səmərəli əmək fəaliyyətinə görə Əfqanıstanın Təhsil Departamenti tərəfindən fəxri fərmanla təltif olunub.
1989-cu ildən Azərbaycan Dövlət İqtisad İnstitutunda (idiki UNEC) işləyir. 1989-1991-ci illərdə “Rus dili” kafedrasının dosenti, 1985-ci ilin fevral ayından 2001-ci ilin dekabr ayına kimi həmin kafedranın müdiri vəzifəsində çalışıb. 1996-2004-cü illərdə paralel olaraq Odlar Yurdu Universitetində “Dillər” kafedrasının müdiri və Tərcümə fakültəsinin dekanı vəzifəsində çalışıb.
1996-ci ildə “Qeyri-rus auditoriyası üçün rus dilinə aid məktəb dərsliyinin nəzəriyyəsi” adlı doktorluq dissertasiyasını müdafiə edib.
Rus dilinin tədrisinə dair proqramların, dəfələrlə nəşr olunmuş 5-ci, 7-ci və 10-cu siniflər üçün yazılmış “Rus dili” dərsliklərinin müəllifi olub. 130-а yaxın elmi əsəri, o cümlədən 2 monoqrafiya, 10 ali və orta məktəblər üçün dərslik və dərs vəsaitləri, bir sıra metodik göstərişlər və elmi məqalələri nəşr olunub. 40-a yaxın dissertantın namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti və rəyçisi olub.
2011-ci ildə Azərbaycan Respublikası “Qabaqcıl təhsil işçisi” (AR Təhsil Nazirliyinin 2011-ci il 27 sentyabr tarixli 11/927 nömrəli əmri ilə) döş nişanı ilə təltif olunub.
UNEC-in “Rus dili” kafedrasının məsləhətçi-professoru olub.
Hazırda UNEC-in “Xarici dillər” kafedrasının məsləhətçi-professorudur.
- Elektron poçt
- seyran.mirzayev@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/seyran.mirzayev