Müəssisə məlumatları: Türk Dünyası İqtisad Fakültəsi, İqtisadiyyat Və İşlətmə Kafedrası
WoS Tədqiqat Sahələri: Economics & Business, Social Sciences General, Social Sciences (Soc)
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities, Economics, Management
Ölçülər

Nəşr

8

Dissertasiya məsləhətləşməsi

1

Açıq giriş

2
Tərcümeyi hal

Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası İqtisad Fakültəsi

İqtisad və İşlətmə kafedrası, Müəllim

Mən, Musəvi Şəfəq Vüqar qızı, 02 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşam. 1999-cu ildə Göyçay şəhəri 1 nömrəli Rəsul Rıza adına orta məktəbin birinci sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbi bitirmişəm.

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin "İqtisadiyyatın dövlət tənzimlənməsi" ixtisasına qəbul olunmuş və 2015-ci ildə bakalavr dərəcəsi üzrə məzun olmuşam. 2016-cı ildə Türkiyə Respublikasında yerləşən Marmara Universitetinə Marketinq ixtisası üzrə magistratura təhsilinə qəbul olmuşam və 2019-cu ildə dissertasiyamı müdafiə edərək məzun olmuşam.

Peşəkar fəaliyyətimə 2017-ci ildə Türkiyədə, Göreme Melamin Plastik San. Dış. Ltd. Şirkətində logistika üzrə mütəxəssis kimi başlamışam. 2020–2021-ci illərdə Bakı Sağlamlıq Mərkəzində marketinq üzrə mütəxəssis olaraq çalışmışam. 2021-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsinin İqtisad və İşlətmə kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərirəm. Eyni zamanda, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində də saat hesabı qaydasında dərs deyirəm.

Akademik fəaliyyətim çərçivəsində lüks marka istehlakı, rəqəmsal istehlakçı davranışları və sosial media marketinqi kimi sahələrdə elmi tədqiqatlar aparmışam. Müəllifi və ya həmmüəllifi olduğum bir neçə məqalə nüfuzlu beynəlxalq konfranslarda təqdim edilmiş və nəşr olunmuş, o cümlədən “Rəqəmsal Marketinq və Sosial Media”(2022) və "Marketinq" (2025) dərsliklərində bölmə müəllifi kimi iştirak etmişəm. 2022-ci ildə təqdim etdiyim məqalə Beykent Universiteti tərəfindən “ən yaxşı məqalə” mükafatına layiq görülmüşdür.

Eyni zamanda bir sıra beynəlxalq təlim və seminarlarda – o cümlədən Philip Kotler imzalı rəqəmsal marketinq proqramlarında iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşəm.

Əlavə olaraq, Microsoft Office proqramları, SPSS, Canva, Lucidchart və müxtəlif rəqəmsal marketinq alətləri ilə işləmək bacarığına malikəm. Azərbaycan və türk dillərində sərbəst danışır, ingilis dilini orta səviyyədə bilirəm.