Mən, Savalanova Şəfiqə Namil qızı 1991-ci il sentyabrın 11-də Bakı şəhərində anadan olmuşam.
1997-ci ildə Binəqədi rayonunda yerləşən 102 saylı orta məktəbə daxil olub, 2008-ci ildə həmin orta məktəbi bitirmişəm.
2008-ci ildə Azərbaycan Dillər Universitetinin “İngilis dili” fakultəsinə daxil olmuşam və 2012-ci ildə həmin universiteti bitirmişəm.
2013-cü ildə təhsilimi artırmaq məqsədi ilə Bakı Slavyan Universitetinin “İngilis dilinin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr pilləsinə qəbul olmuşam və 2015 –ci ildə magistr təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam.
2015-ci ildən etibarən müxtəlif dövlət və özəl tədris müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışam. 2021-ci il sentyabr ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici Dillər Departamentində İngilis dili müəllimi kimi fəaliyyət göstərirəm.
Müxtəlif beynəlxalq ingilis dili imtahanlarında iştirak edib, sertifikatlar əldə etmişəm. 2018-ci ildə Teaching Knowledge Test (TKT) üzrə Module 1 və 2 imtahanlarından da uğurla keçmişəm. 2019-cu ildə TESOL sertifikatını və iştirak etdiyim digər təlimlərdə bir sıra sertifikatlar əldə etmişəm. 2023-cü ildə İELTS proqramı üzrə imtahan verib yüksək nəticə (8 bal) əldə etmişəm. Bundan əlavə UNEC-də təşkil edilən Xarici dil müəllimlərinin forumunda təlimçi kimi fəaliyyət göstərib, sertifikatlara layiq görülmüşəm.
- Elektron poçt
- shafiga-savalanova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/shafiga-savalanova