Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, İqtisadiyyat Kafedrası, İqtisadiyyat
WoS Tədqiqat Sahələri: Economics
Scopus Tədqiqat Sahələri: General Economics, Econometrics and Finance
AVESİS Tədqiqat Sahələri: Theory of Economy
Ölçülər

Nəşr

12

Nəşr (WoS)

2

Nəşr (Scopus)

1

İstinad (Scopus)

18

H-indexi (Scopus)

1

Açıq giriş

7
Tərcümeyi hal

Mən, Rzayeva Şəhla Məhəmməd qızı, 08 İyun 1967-ci ildə Ağsu rayonunun Cə­layir kən­dində anadan olmuşam. 1975-ci ildə Ağsu rayonunun Cəlayir kənd orta mək­tə­binə getmiş, 1982-ci ildə həmin məktəbin 8-ci sinfini tərifnamə ilə bitirmişəm. 1982-ci ildə Bakı Plan-Uçot Texnikumuna daxil olmuş, 1985-ci ildə “Plan-İqtisad” şö­bəsini fərqlənmə diplomu ilə bitirmişəm. 1985-ci ildə D.Bünyadzadə adına Azər­baycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) daxil olmuş, 1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Fi­lialının “Mad­­­­­­­di-texniki təchizatın iqtisadiyyatı və planlaşması” ixtisasını fərqlənmə dip­lo­mu ilə bitirmişəm.

 Əmək fəaliyyətimə Ağsu rayonunda başlamış, 1985-ci ildən 1987-ci ilə ki­mi “Kom­somol” kolxozunda iqtisadçı, 1987-ci ildən 1990-cı ilə kimi Kəndoba kənd XDS İK-nin sədri, 1991-ci ildən 1992-ci ilə kimi “Komsomol” kolxozunda mühasib iş­ləmişəm.

1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Siyasi iqtisad” ka­fed­ra­sına dissertant təyin edilmiş, 25 iyun 2004-ci il tarixində 08.00.01- “İqtisadi nə­zə­riy­yə” ixtisası üzrə “Bazar iqtisadiyyatı şəraitində icarə münasibətləri” mövzusunda na­mizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik də­rə­cə­si­ni almışam.

1992-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-2” (ha­zırkı “İqtisadiyyat”) kafedrasında baş laborant, 2001-ci ildən assisent, 2006-cı il­­dən baş müəllim, 2012-ci ildən hal-hazıradək dosent vəzifəsində işləyirəm. Bey­­­nəlxalq və respublika konfranslarında iştirak etdiyimə görə 10-dən çox ser­ti­fi­kat­a la­yiq görülmüşəm.1 Dərs vəsaiti, 2 Metodik vəsait, 5 Proqram, 50-dən çox elmi mə­qalə müəllifiyəm.  Q. Menkyunun “Ekonomiksin prinsipləri” dərs­li­yi­nin rus di­lin­dən azərbaycan dilinə tərcümə olunmasında kollektiv müəlliflərdən bi­riyəm.  Ka­fedrada tədris olunan “İqtisadi fikir tarixi”, “Mikroiqtisadiyyat”, “Mak­roiq­ti­sa­diy­yat”, “Azərbaycan iqtisadiyyatı”, “İqtisadiyyat”, “İnstitusional iq­ti­sa­diy­yat” fən­lə­rinin testlərinin hazırlanmasında iştirak etmişəm. UNEC-də təşkil olunan qısa­müd­dət­li treninqlərdə, təlim və seminarlarda iştirak edərək sertifikatlar almışam.

2006-cı ildə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda ix­ti­sas­ar­tır­ma kursunsunda iştirak etmişəm (İB №018292).

2013-2015-ci illərdə “Maliyyə” fakültəsinin Elmi Şurasının üzvü və katibi ol­mu­şam.

25 noyabr 2020-ci ildə  Azər­­baycan Res­pub­li­ka­sı Təhsil Nazirliyinin Fəxri Fər­manına  layiq görül­mü­şəm (№ 4018). Hal-hazırda Azərbaycan Dövlət İqtisad Uni­ver­­si­tetinin nəz­dində iqtisad elm­lə­ri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dis­ser­ta­si­ya­la­rının mü­da­fiəsinin təş­ki­li üçün ya­ra­dılan ED 2.10 Dissertasiya şurasının üzviyəm.

Əlaqə
Elektron poçt
shahla.rzayeva@unec.edu.az
Digər E-poçt
rzayeva.shahla@mail.ru
Veb Səhifəsi
https://avesis.unec.edu.az/shahla.rzayeva
Ofis
Azərbaycan Dövlət İqtisad Universiteti I-ci tədris binası
Poçt ünvanı
Bakı şəhəri, İstiqlaliyyət, 6)