Müəssisə məlumatları: Beynəlxalq Magistratura Və Doktorantura Mərkəzi, İqtisadi Və Texnoloji Elmlər Kafedrası, İqtisadiyyat
WoS Tədqiqat Sahələri: Economics & Business
AVESİS Tədqiqat Sahələri: Economics, Economic Law
Ölçülər

Nəşr

27

Nəşr (Scopus)

1

Dissertasiya məsləhətləşməsi

4

Açıq giriş

4
Tərcümeyi hal

Mən, Söhrab Zülfüqar oğlu İsayev 15 fevral 1976-cı ildə Ağcabədi şəhərində andan olmuşam.

1993-cü ildə S.Vurğun adına  Ağcabədi şəhər 4 saylı orta məktəbi bitirmişəm. Həmin il ETM “Təfəkkür” Universitetinin “İqtisadiyyat və idarəetmə” fakultəsinə daxil olmuşam.

1997-ci ildə bakalavriat təhsilimi fərqlənmə diplomu ilə başa vuraraq, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” fakültəsinin magistraturasına daxil olmuşam və oranı 2000-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm.

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universi­te­­tinin aspiranturasına daxil olmuşam və 2005-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşəm. 2008-ci ildə dosent elmi adına layiq görülmüşəm.   

Əmək fəaliyyətinə ETM “Təfəkkür” Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasında laborant vəzifəsində başlamış və baş müəllim vəzifəsinə qədər yüksəlmişəm. 2002-ci ildən əmək fəaliyyətimi Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasında, 2007-ci ildən isə “İqtisadi hüquq” kafedrasında və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafed­rasında davam etdirmişəm.

2012-ci ilin oktyabr ayında “İqtisadi hüquq” kafedrasına elmlər doktoru proqramı üzrə dissertant təhkim olunmuşam. 2014-cü ildən UNEC-in “Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzi”nin direktor müavini vəzifəsinə təyin olunmuşam. 19.10.2020-ci ildə  UNEC İmtahan mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşam. 03.09.2024-cü il tarixdən indiyə qədər  Beynəlxalq magistratura və doktorantura mərkəzinin rəhbəri vəzifəsində çalışıram.

İnvestisiya qoyuluşları və iqtisadiyyatın tənzimlənməsi məsələlərinə dair ümumilikdə 20-dən artıq elmi məqalənin, tədris proqramının,  metodik vəsaitin və “İnvestisiya fəaliyyətinin hüquqi tənzimlənməsi” və “İqtisadi hüquq” adlı dərs vəsaitlərinin müəllifiyəm.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşam.

Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə və yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Elm və Təhsil Naziri tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişəm.

Ailəliyəm, iki övladım var.