1979-cu ildə Bakı şəhərində anadan
olmuşdur.
1996-cı ildə biologiya-kimya təmayülü ilə
“Zəngi” liseyini əla qiymətlərlə bitirmişdir.
2000-ci ildə Azərbaycan Dövlət
İqtisadiyyat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC)
bakalavr pilləsini “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə fərqlənmə
diplom ilə bitirmişdir.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetinin magistr pilləsini “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə
fərqlənmə diplom ilə bitirmiş, magistr dərəcəsinə layiq görülmüşdür.
2012-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetində “Daxili bazarın qorunması və iqtisadi təhlükəsizliyinin təmin
olunmasında qiymət amilindən istifadə yolları” mövzusunda dissertasiya işini
5308.01 şifrəsi “Ümumi iqtisadiyyat” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə
etmiş, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya
Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru dərəcəsinə layiq
görülmüşdür.
2014-cü ildən “Aqrar bazarda tədiyyə
qabiliyyətli tələbin artırılması istiqamətləri” mövzusu üzrə İqtisad elmləri
doktoru proqramı üzrə tədqiqat aparır.
2001-2014-cü illərdə “Qiymət və
qiymətləndirmə” kafedrasının baş laborantı işləmişdir.
2014-2018-ci illər ərzində “Qiymət və
qiymətləndirmə” kafedrasında müəllim vəzifəsində çalışmışdır.
2018-2019-cu illərdə Beynəlxalq
Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat və idarəetmə”
kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.
2020-ci il tarixdən həmin kafedranın
dosenti vəzifəsinə keçirilmişdir. Eyni zamanda “İqisadiyyat”, “Statistika”,
“Sənayenin təşkili və idarə olunması” ixtisasları üzrə proqram rəhbəri
olmuşdur.
Tədris etdiyi fənlər siyahısında “İqtisadiyyata giriş”, “Ali Mikroiqtisadiyyat”, “Ali
Makroiqtisadiyyat”, “Dövlət sektorunun iqtisadiyyatı”, “Qiymət və dövlətin
antiinhisar siyasəti”, “Qiymət və qiymətləndirmə”, “İnvestisiya layihələrinin
qiymətləndirilməsi”, “Tədqiqat metodları” və “Akademik Yazı” yer almışdır.
2017-2019-cu illərdə UNEC-in SABAH
Qruplarında “Qiymət və qiymətləndirmə” fənnini azərbaycan və ingilis dillərində
tədris etmişdir.
2017-ci ildə UNEC-in “Gənc Müəllimlər
Şurası”nın idarə heyətinin üzvü, 2018-ci ildə UNEC “Gənc Alimlər Şurası”nın
üzvü seçilmişdir.
2016-2019-cu illərdə UNEC-in “Keyfiyyət
elçisi” olmuşdur.
2011-ci ildə “Heydər Əliyev və Müstəqil
Azərbaycanın 20 illik Sosial-İqtisadi İnkişafı” mövzusunda Respublika Elmi
Məqalə Müsabiqəsində Doktorantlar arasında I yerə layiq görülmüş və
mükafatlandırılmışdır.
2017-ci ildə UNEC-də “Elm aylığı”
çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və
tələbələr arasında keçirilən elmi məqalə müsabiqəsində III yeri tutmuşdur.
2017-ci il Türkiyə Respublikasının İsparta
şəhərində UNEC ilə Süleyman Demirel Universitetinin birlikdə təşkilatçılığı ilə
“II Beynəlxalq İqtisadi və İnzibati Perspektivlər: Dayanıqlı Qlobal Rəqabət
(International Economic and Administrative Perspectives (CIEP) Sustainable
Global Competition)” mövzusunda beynəlxalq konfransda “Azərbaycanda rəqabət
yönümlü iqtisadiyyatın formalaşmasında (istehlak və tədiyyə qabiliyyətli)
tələbin rolunun təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir.
2018-ci ildə Türkiyə Respublikası İstanbul
Universitetində UNEC-in qarşılıqlı elmi əməkdaşlıq çərçivəsində təcrübə
proqramında iştirak etmişdir.
2018-ci ildə Türkiyənin İstanbul şəhərində
Uluslararasi Stratejik ve Sosyal Araştırmalar Simpozyumunda məruzə ilə çıxış
etmiş və bölmə moderatoru olmuşdur.
2019-cu ildə UNEC-in təşkilatçılığı ilə
British Council-ın keçirdiyi “Academic Writing” kursunu müvəffəqiyyətlə
bitirmiş və Aptis imtahan nəticəsi olaraq B2 səviyyə sertifikatı qazanmışdır.
2017-ci ildə “Web
of Science” elmmetrik bazadan istifadənin əsasları, UNEC, Clarivate Analytics;
2018-ci ildə
“Elmi-tədqiqat işlərinin əsas nəticələrinin beynəlxalq nüfuzlu nəşrlərdə dərc
olunması mexanizmi” UNEC, Clarivate Analytics;
2018-ci ildə
“Müasir müəllimin fərdi işçi planının (Syllabus) tərtibi” Azərbaycan
Respublikası Təhsil Nazirliyi, ADA Universiteti, SABAH Mərkəzi;
2020-ci ildə
UNEC-in təşkilatçılığı ilə “Distant təhsildə tədrisin təşkili və metodiki
təminat” mövzusunda;
2021-ci ildə
Elsevier-in təşkilatçılığı ilə “Best practices for submitting to Lancet
journals and open access options” mövzusunda təşkil olunan və ixtisası üzrə bir
sıra digər təlimlərdə iştirak etmiş və sertifikatlar qazanmışdır.
Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) “Professor-müəllim heyətinin differensial əmək
haqqı sistemi”ndə 2017/2018-ci ildən hazırki tədris ili də daxil olmaqla ilk
10-luğunda qərarlaşmışdır.
Scopus elmmetrik
bazasında Hirsch Index – 12, məqalələrinə istinad sayı – 512-dir.
2001-ci ildən
Azərbaycan və ölkədən kənarda o cümlədən, Web of science, Scopus bazasında
indeksləşdirilən elmi jurnallarda xarici universitetlərin akademik heyəti ilə
həmmüəllifliklə nəşr olunan məqalələr (40 məqalə) də nəzərə alınmaqla 100 elmi
əsərin (o cümlədən, metodik göstərişlər, fənn proqramları və 1 dərslikdə
həmmüəlliflik) müəllifidir.
2019-cu ildən UNEC
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Elmi Şurasının üzvü, UNEC FD
1.11 Dissertasiya Şurasının nəzdində elmi seminarın üzvü olmuşdur.
İxtisas şifrinə
uyğun olaraq magistratura səviyyəsi üzrə 30-a qədər magistranta və 4 iqtisad
üzrə fəlsəfə doktoru proqramı istiqamətində dissertanta elmi rəhbərlik
etmişdir.
2021-ci ildə
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF),
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və
Mədəniyyət Təşkilatı (ICESCO) Böyük Zəfər Günü və Dünya Elm Günü ilə əlaqədar
təşkil etdiyi və keçirdiyi “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinə təqdim
olunan “Do High Oil Prices Obstruct the Transition to Renewable Energy
Consumption?” elmi tədqiqat işinə görə II yerə layiq görülmüş və
mükafatlandırılmışdır.
2021-ci ildə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
02.09.2022-ci il tarixindən “İqtisadiyyat”
kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir.
2023-cü ildə Azərbaycan Respublikasının
Prezidenti Yanında Ali Attestasiya Komissiyasının müvafiq əmri ilə iqtisad
elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının
müdafiəsinin təşkili üçün UNEC 2.10 Dissertasiya Şurasının elmi katibi təyin
edilmişdir.
UNEC-də “Tədqiqatçı” adlarının təsis
edilməsi haqqında müvafiq əmrə əsasən 2023/2024-cü tədris ilindən
“Tədqiqatçı-dosent” statusuna layiq görülmüşdür.
2024-cü ildə UNEC ilə Macarıstanın Obuda
Universiteti arasında elmi əməkdaşlıq çərçivəsində “Qonaq professor” qismində
(Short-term Habilitation Period) təqaüdlü tədqiqat proqramında iştirak etmiş,
“Kelety Karoly Biznes və Menecment fakültəsi”ndə “İqtisadi
artımın ekoloji mühitə və bərpa olunan enerji istehsalına təsiri: Azərbaycan və
Macarıstan timsalında” mövzusunda birgə tədqiqat aparmışdır. Obuda Universitetinin Scopus bazasında indesləşən Q1
kateqoriyalı “Special Issue on Management Studies” xüsusi buraxılışında
redaktorlar siyahısında yer alıb.
27 mart 2024-cü
ildə Macarıstanın Dunaujavros Universitetində “Yaşıl iqtisadiyyat və
dayanıqlılıq” mövzusuna həsr olunan beynəlxalq elmi konfransda çıxış etmişdir.
2025-ci ildə UNEC
ilə Polşanın Kazimierz Wielki Universiteti arasında elmi əməkdaşlıq
çərçivəsində “İqtisadiyyat və hüquq” fakültəsində “Qonaq professor” qismində
təqaüdlü tədqiqat proqramında iştirak etmiş, Yaşıl iqtisadiyyatın inkişaf
istiqamətləri mövzusunda tədqiqat nəticələrini təqdim etmişdir.
2025-ci ildə UNEC
tərəfindən həyata keçirilən əməkdaşların xaricdə tədqiqat aparmasını təmin
etmək məqslədilə 1 aylıq proqram çərçivəsində İtaliyanın Campania Luigi
Vanvitelli Universitetində tədqiqatçı kimi iştirak etmişdir.
2025-ci ildə UNEC
Elm Festivalında son 5 ildə Enerji elmi istiqaməti üzrə elmmetrik göstəriciləri
ən yüksək olan UNEC əməkdaşı nominasiyasında Təşəkkürnamə ilə təltif
edilmişdir.
2025-ci ildə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
2025-ci ildən UNEC
Journal of Economics and Management Advances (UNEC JEMA) elmi jurnalının baş
redaktorunun müavinidir.
- Elektron poçt
- sugra_humbatova@unec.edu.az
- Digər E-poçt
- ms.sugra@mail.ru
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/sugra_humbatova
- İş telefonu
- +994 125643706
- Ofis
- UNEC II Tədris Binası, "İqtisadiyyat" kafedrası
- Poçt ünvanı
- Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 135