31.12.1961-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.
1981-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət iqtisad Universiteti) “Ticarətin iqtisadiyyatı” fakültəsinə daxil olmuşdur. 1986-cı ildə həmin institutu bitirmişdir.
1994-cü ildən Azərbaycan Maliyyə-İqtisad Kollecində “İqtisadi nəzəriyyə” fənnini tədris etməklə pelaqoji fəaliyyətə başlamışdır.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə -2” kafedrasında müəllim, 2013-cü ildə baş müəllim vəzifəsinə təyin olunub. 2015-ci ildə “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının baş müəllimi, 2022-ci ildən isə “İqtisadiyyat” kafedrasının dosentidir.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantura şöbəsinə daxil olmuş, 2010-cu ildə “Bazar iqtisadiyyatı şəraitində makromaliyyə sabitliyi ilə iqtisadi artımın qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəni almışdır.
39 elmi məqalənin müəllifidir, 2 kitabın müəyyən fəsillərinin tərcüməsində iştirak etmişdir.
Ailəlidir, üç övladı var.
- tamilla_abbasova@unec.edu.az
- Other Email
- tamilla_abbasova62@mail.ru
- Web Page
- https://avesis.unec.edu.az/tamilla_abbasova
- Mobile Phone
- +994 502727450
- Office
- Azərbaycan Dövlət İqtisad Universiteti (II-ci tədris binası)