Ümumi Məlumat

Korporativ Akademik dərəcələr: i.e.n.
Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, Riyaziyyat Və Statistika Kafedrası, Riyaziyyat
WoS Tədqiqat Sahələri: Economics & Business, Engineering Computing & Technology (Eng), Arts & Humanities (Ahci), Natural Sciences (Sci)
Scopus Tədqiqat Sahələri: Economics and Econometrics, Economics, Econometrics and Finance (miscellaneous), General Economics, Econometrics and Finance
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities, Natural Sciences, Engineering and Technology
Ölçülər

Nəşr

14

İstinad (Scopus)

5

H-indexi (Scopus)

1

İstinad (Scholar)

1

H-indexi (Scholar)

1

Açıq giriş

1
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

Tərcümeyi-hal Mən Quluzadə Tapdıq Həsən oğlu 01.02.1972-ci ildə Tovuz rayonunun Pələnkli kəndində anadan olmuşam. 1989- cu ildə Çatax kənd орта məktəbini əla qiymətlərlə bitirmişəm. 1989- cu ildə Azərbaycan Dövlət Universitetinin “Mexanika-Riyaziyyat” fakultəsinə daxil olub, 1994-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin “Mexanika-Riyaziyyat” fakültəsini bitirərək “Riyaziyyatcı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişəm. 1994-1996-ci illərdə həqiqi hərbi xidmətdə olmuşam. 1997-ci ilin yanvarindan hal-hazıra kimi AzDİU-nun “riyaziyyat” kafedrasında b/laborant, müəllim, b/müəllim, hal-hazırda dosent vəzifəsində çalışıram. 2003-cü ildə “0013- riyazi və instrumental üsullar” ixtisasından namizədlik işi müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşəm. 2015-ci ildə AAK-ın qərarı ilə dosent adını almışam. Hal-hazırda AMEA-nın “İdarəetmə Sistemləri İnstitu”nun doktorantıyam (elmlər doktoru üzrə). Doktorluq işimin mövzusu “Azə rbaycanda valyuta mə zə nnə sinin formalaş ması və makroiqtisadi parametrlə rə tə sirinin modellə ş dirilmə si”-dir. Işlədiyim dövrdə 19 elmi məqalə və tezis, bir tərcümə, “Riyaziyyat-1” və “Riyaziyyat-2” fənlərinə və “Xətti cəbr və riyazi analiz”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika”-a aid metodik göstəriş, dərs proqramlarının və dərs vəsaitlərinin müəllifiyəm. Ümumilikdə 2006- cı ildən 2016-cı ilə qədər kafedrada tədris olunan fənlərə aid altı dərs vəsaitinin, bir tərcümə (Maliyə Riyaziyyatı) kitabının və 2 proqramın həmmüəllifiyəm. Atam: Quliyev Həsən Əli oğlu( dünyasını dəyişib) 1934, Anam: Quliyev Pürüzə Qulu qızı (evdar qadın) 1942, Həyat yoldaşım: Quluzadə Esmira Məmməd qızı (UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi) 1981, Qızım: Quluzadə Firuzə Tapdıq qızı (məktəbli) 2004, Qızım: Quluzadə Nurgül Tapdıq qızı (məktəbli) 2006, Qızım: Quluzadə Aysu Tapdıq qızı (kiçık yaşlı) 2014. Oğlum: Quluzadə Əli Tapdıq oğlu(kiçık yaşlı) 2016 dos. Quluzadə T.H.

Əlaqə
Elektron poçt
tapdig_guluzada@unec.edu.az
Digər E-poçt
thg1972@mail.ru
Veb Səhifəsi
https://avesis.unec.edu.az/tapdig_guluzada
Mobil telefon
+994 503778009
Poçt ünvanı
thg1972@mail.ru