Corporate Academic Degrees: fil.e.d.
Institutional Information: Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti, Azərbaycan Dili Kafedrası, Azərbaycan Dili
WoS Research Areas: Language & Linguistics, Social Sciences (Soc)
Scopus Research Areas: Language and Linguistics
Avesis Research Areas: Social Sciences and Humanities, Philology, Ancient Languages and Literatures, Linguistics
Metrics

Publication

73

Publication (WoS)

1

Publication (Scopus)

2

Thesis Advisory

1

Open Access

16
Biography

30 dekabr 1955 – ci ildə Neftçala rayonunun Pirəbbə kəndində anadan olmuşam. Doğulduğum kənddə ibtidai məktəbi, Yuxarı Qaraymanlı kəndində isə orta məktəbi əla qiymətlərlə bitirmişəm. 1973 – cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişəm. Filoloq, Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişəm. 1974-1976 – cı illərdə ordu sıralarında xidmət etmişəm. 1985-1990- cı illərdə Bakıdakı “Gənclik” nəşriyyatında redaktor vəzifəsində çalışmışam. 1990-cı  ilin dekabrından 1992- ci ilin sentyabrına kimi keçmiş Azərbaycan Respublikası Ali Sovetinin orqanı olan “Həyat” qəzetinin söbə redaktoru vəzifəsində işləmişəm. 1992 – cu ildən 2002 – ci ilin iyulunadək “Azərbaycan” qəzetində şöbə müdiri olmuşam.Rəsmi dövlət qəzetlərinin –“Azərbaycan” və “Respublika”qəzetlərinin səhifələrində 100-lərlə elmi və publisistik  məqalələrim  dərc olunub və onların əksəriyyəti Prezident kitabxanasına daxil edilib. 1993 – cü ilin sentyabrından 2002 – ci ilin sentyabrınadək  Azərbaycan  Dövlət İqtisad  Universitetində əvəzçiliklə yarım ştat müəllim, baş müəllim, dosent vəzifəsində çalışmışam. 2006 – cı ildən isə  Universitetin “Azərbaycan dili”  kafedrasının müdiriyəm. Filologiya elmləri doktoru, professoram. 60-a yaxın elmi məqalənin, 5 dərsliyin, 6 dərs vəsaitinin, 10 proqramın, 4 monoqrafiyanın müəllifiyəm. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət  İşçisiyəm. UNEC –in 90-illik yubileyi ilə əlaqədar ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişəm. Azərbaycan Yazıçılar və Jurnalistika birliklərinin üzvüyəm. “H.Zərdabi” və “Qızıl qələm” mükafatları laureatıyam. Ailəliyəm,üç övlad  atasıyam.