Mən Ülkər İsfəndiyarova Fizuli qızı 1989-cu il 27 yanvar tarixində anadan olmuşam. 1995-ci ildə Bakı şəhərində orta məktəbə başlamış, 2006-cı ildə bitirmişəm. Eyni ildə Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadi Kibernetika ixtisasına daxil olmuş, 2010-cu ildə bitirmişəm. 2010-2012-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universiteti İdarəetmədə informasiya texnologiyaları ixtisası üzrə magistr təhsilimi almışam. 2022-ci ildə UNEC-də ümumi iqtisadiyyat ixtisası üzdə doktoranturaya daxil olmuşam. 2010-2013-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və Mexaniki Təminat İdarəsində kompüter operatoru, daha sonra iqtisadçı vəzifəsində çalışmışam. 2014-cü ildə "Şəfa-El" MMC-də baş mühasib vəzifəsində işləmişəm. 2019-cu ildən etibarən UNEC Zaqatala filialında müəllim, 2025-ci ildən etibarən baş müəllim vəzifəsidə çalışıram.
2024-cü il 10 sentyabr tarixindən Regional İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəriyəm.
Evliyəm. 2 övladım var.
- Elektron poçt
- ulkar-isfendiyarova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/ulkar-isfendiyarova