Ümumi Məlumat

Müəssisə məlumatları: Unec Dizayn Məktəbi, Dizayn Kafedrası, Dizayn
WoS Tədqiqat Sahələri: Arts & Humanities (Ahci), Arts & Humanities, Art, Economics & Business, Social Sciences General
AVESİS Tədqiqat Sahələri: History of Architecture and Restoration, Cultural and Historical Areas, History of Art, Art, Applied Arts, Art and Design, Art Management, Fine Arts, Industrial Arts, Performing and Visual Arts, Printing Arts, Education in Art, Education in Arts and Crafts, Education in Fine Arts, Education in Graphic Arts, Education in Vocational Arts, Communication Arts
Ölçülər

Dissertasiya məsləhətləşməsi

4

Açıq giriş

4
Tərcümeyi hal

Ülkər Bayramova Vəli qızı 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin modelyer-rəssam ixtisasını bitirib. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dizayn tarixi və nəzəriyyəsi ixtisasının magistr dərəcəsini bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin menecmentlik ixtisasını bitirib. Daha sonra Bakı Xoreoqrafiya Akademiyasında Sənətşunaslıq fəlsəfə doktoru dərəcəsi almaq üçün doktoranturanı bitirib. “Azərbaycan milli geyiminin səhnə təcəssümü”adlı dissertasiya işi müdafiə edib.

Ülkər Bayramova daha öncə özəl və dövlət müəssisələrində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Eyni zamanda 2009-cu ildən bu günədək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur.

Elmi və ictimai fəaliyyətlə də məşğul olan Ülkər Bayramovanın incəsənət sahəsində bir sıra tədqiqatları var. Ölkəmizdə və xaricdə dərc olunan milli geyim, dizayn tarixi, incəsənətin müxtəlif sahələri ilə bağlı bir sıra məqalələrin tezislərin müəllifidir. Rəssamlar ittifaqının üzvüdür.

Ailəlidir 1 övladı var.

Əlaqə