General Information

Institutional Information: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Materiallar Mühəndisliyi Ixtisası
WoS Research Areas: Natural Sciences (Sci)
Avesis Research Areas: Engineering and Technology
Metrics

Publication

6

Publication (Scopus)

2

Citation (Scopus)

7

H-Index (Scopus)

1

Open Access

5
UN Sustainable Development Goals
Biography

       Mən- Neymətova Ülkər Vaqif qızı 1975-ci il sentyabr ayının 21-də Bakı şəhərində anadan olmuşam. 1982-ci ildə Bakı şəhər,Sabunçu rayonu 75 saylı orta məktəbin  1-ci sinfinə daxil olaraq, 1992-ci ildə həmin məktəbi gümüş medalla bitirmişəm.

      1993-cü ildə  Bakı  Əmtəəşünaslıq  Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisasına daxil olub, 1997-ci ildə bakalavr, 1997-1999-cu illərdə  isə magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirmişəm.

      1999-cu ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant kimi əmək fəaliyyətimə başlamışam. Həmçinin 2000-ci ildə baş laborant vəzifəsində çalışarkən saat hesabı dərs aparmışam. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq mallarının əmtəəşünaslıgı” kafedrasının assistenti, 2003-cü ildən baş müəllim işləmişəm, 2020-ci ildən hal-hazıradək “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının  baş müəllimi vəzifəsində çalışıram.

      2015-ci ildən AMEA-nın  Mikrobiologiya İnstitutunun dissertantıyam. 24.12.2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AR ETN-nin Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD1.07/1 Dissertasiya Şurasında 2422.01-Biotexnalogiya (o cümlədən bionanotexnalogiyalar) ixtisasında “Bərk halda olan qeyri-ərzaq məhsullarının tullantılarının biokonversiyası” mövzusunda biologiya elmləri üzrə  fəlsəfə doktoru elmi dərəcəsi almaq üşün müdafiə etmişəm.

         Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22.04.2025-ci il tarixli qərarı ilə 2422.01-Biotexnalogiya (o cümlədən bionanotexnalogiyalar) ixtisasında biologiya elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam.

         Azərbaycan Dövlət İqtisad Universitetinin təşkil etdiyi bir çox təlimlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm.

      Ailəliyəm, 1 övladım var.

 

Contact
Email
ulkar.neymatova@unec.edu.az
Other Email
ulker-1975@mail.ru
Web Page
https://avesis.unec.edu.az/ulkar.neymatova
Address
Bakı şəhəri,Bakıxanov qəsəbəsi,Sülh küçəsi 1A,mənzil 18