Korporativ Akademik dərəcələr: i.f.d.
Müəssisə məlumatları: Beynəlxalq Magistratura Və Doktorantura Mərkəzi, İqtisadi Və Texnoloji Elmlər Kafedrası, İqtisadiyyat
WoS Tədqiqat Sahələri: Economics & Business, Social Sciences (Soc), Business, Management, Economics, Development Studies
Scopus Tədqiqat Sahələri: General Business, Management and Accounting, General Decision Sciences, General Economics, Econometrics and Finance
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities, Behavioural Sciences, Economics, Management, Home Economics

Nəşrlərdə adlar: Jabrayil Valiyev
Ölçülər

Nəşr

8

Nəşr (Scopus)

2

İstinad (Scopus)

4

H-indexi (Scopus)

1

İstinad (Scholar)

29

H-indexi (Scholar)

3

Dissertasiya məsləhətləşməsi

4

Açıq giriş

5
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

            i.ü.f.d., b/m. Vəliyev Cəbrayıl Xəlil oğlu 

Vəliyev Cəbrayıl Xəlil oğlu, 28 Mart 1975-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Gölkənd kəndində anadan olmuşdur. 1981-ci ildə Gölkənd kənd orta məktəbində orta təhsilinə başlamışdır. 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana pənah gətirərək Şəmkir rayonu Çənlibel (Çardaxlı) kəndində məskunlaşmışdır. Natamam orta məktəbi 1990-cı ildə Çənlibel kənd 2 nömrəli orta məktəbində, tam orta məktəbi isə 1992-ci ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsi orta məktəbində medalla bitirmişdir.

Cəbrayıl Vəliyev 1992-ci ildə Türkiyə universitetləri üçün keçirilən test imtahanı nəticəsində İstanbul şəhərində yerləşən Mərmərə Universitetinin İqtisadi və İdari Elmlər Fakültetinin İdarə etmə (Management) ixtisasına qəbul olunmuşdur. Türk dili hazırlıq kursu keçdikdən sonra 1993-cü ildən dövlət xətti ilə, Mərmərə Universitetində “İdarə etmə” ixtisasında bakalavr pilləsində təhsilə başlamışdır.

1998-ci ildə bakalavr pilləsini bitirib İstanbul şəhərində yerləşən Yıldız Teknik Universitetində İdarə etmə ixtisası üzrə dövlət xətti ilə magistraturaya daxil olmuşdur. 2001-ci ildə “Şirkətlərdə strateji idarə etmənin şirkətlərin təşkilati strukturlarına təsiri” müdafiə işi ilə magistratura pilləsini bitirmişdir.

2002-ci ildən dövlət xətti ilə İstanbul Universiteti Sosial Elmler İnstitutunda İqtisadiyyat ixtisası üzrə doktorantura pilləsində təhsilinə başlamış və 2008-ci ildə “Azərbaycanda tədbiq olunan iqtisadi inkişaf politikaları; Kənd təsərrüfatı sektoru nümunəsində” doktorantura (PhD) dissertasiyasını müdafiə edərək, İqtisad üzrə fəlsəfə doktoru (PhD) dərəcəsini almış və elmi dərəcəsini Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasında “Ümumi iqtisadiyyat” ixtisası üzrə təsdiqlətmişdir.

Cəbrayıl Vəliyev 2009-cu ildən etibarən pedoqoji fəaliyyətə başlamış, Dövlət Gömrük Akademiyası, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat və idarəetmə istiqamətli bir sıra fənlərin tədrisini həyata keçirmişdir. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində İqtisadi və texnoloji elmlər kafedrasının tam ştat baş müəllimi proqram rəhbəridir. Pedoqoji fəaliyyətlə bərabər, 30-dan çox magistr dissertasiyasına elmi rəhbərlik etmişdir. Cəbrayıl Vəliyev beynəlxalq jurnal və konfranslarda, həmçinin respublikada yayınlanmış elmi məqalələrin və dörd kitabın həmmüəllifidir. 

Ailəlidir, iki övladı var.