Mən Məmmədov Vidadi Sabir oğlu
11.09.1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşam.
1968-ci ildə Naxçıvan şəhəri 2 saylı orta məktəbi
bitirmişəm.
1969 –cu illərdə Azərbaycan Neft və Kimya İnstitunun (hazırki
ADNSU) Neft-mədən fakultəsinin axşam şöbəsinə daxil olmuşam və 1979 - cu ildə
btirib “Dağ mühəndisi” ixtisasına yiyələnmişəm.
Ordu sıralarına çağrılmağımla əlaqədar olaraq 1973-75-ci
illərdə hərbi xidmətdə olmuşam. Çelyabinsk -64 “MAYAK” İB. Mühəndis
geodezist – topoqraf.
1969-cu illərdə əmək fəaliyyətinə başlamış, 1976 –
1977-cı illərdə Bakı ət kombinatında - Texniki şöbədə texnik konstruktor,
mühəndis konstruktor vəzifələrində işləmişəm.
1977 – 1981-ci illərdə “Xəzərdənizneft” ÜİİB (indiki
SOCAR)-nin Qazma boruları bazasında və köçürmə yolu ilə “İliç Buxtası” Dəniz
Kəşfiyyat Qazma İdarəsi (DKQİ), qazmaçı köməkçisi, gilli-məhlul üzrə mühəndis vəzifələrində
işləmişəm.
1981-ci ildə aspiranturaya qəbul olunduğuma görə Azərbaycan
EA-nın Dərin Neft Qaz Yataqlarının Problemləri İnstitutunun Dağ suxurlarının
fiziki-mexaniki xassələrinin eksperimental yolla təyini laboratoriyasında böyük
mühəndis vəzifəsində işə başlamışam. və burada 1996-cı ilə qədər böyük mühəndis,
elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışam.
1992-ci ildə “Cənub Xəzər çökəkliyinin qərb hissəsinin
dərinliyində yatan kollektor suxurların tutumluq-süzücülük xassələrinin yüksək
termobarik şəraitdə eksperimental yolla təyini” mövzusunda dissertasiya işi
müdafiə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışam. İxtisas:04.00.17.
Neft-qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı.
1997-2003 –cü illərdə Dövlət Neft Şirkətinin Mərkəzi
Neft Məhsullarının Göndərilməsi və Qəbulu Bazasının Bakı Yanacaq doldurma
sexində (terminal) rəis müavini, rəis vəzifələrində işləmişəm.
2003 – 2012- ci illərdə ARDNŞ(indiki SOCAR) “Bayıl
Limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi(DKQİ)-də Baş geoloqun geoloji fond üzrə
müavini vəzifəsində işləmişəm. Struktur dəyişikliklərilə əlaqədar olaraq, 2012
–2014-cü illərdə ARDNŞ (SOCAR) –nin müxtəlif idarələrində geoloq vəzifələrində
çalışmışam.
2015-ci ldən Azərbaycan Dölət İqtisad Universitetinin
“Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında, hazırki “Mühəndislik
və tətbiqi elmlər” kafedrasında baş müəllim vəzifəsində çalışıram.
Xaricdə və respublikada nəşr olunmuş 19- elmi metodik əsərlərin,o
cümlədən 1 dərs vəsaitinin, 1 dərsiyin həmmüəllifiyəm. Hazırda həmmüəllifi
olduğum 1 dərslik və 5 fənn proqramı çapa hazırlanır.
Ailəliyəm, bir oğlum, bir qızım, 5 nəvəm var.
Bakı ş. Yasamal r-nu, Şərifzadə küçəsi b.79, m.35-də yaşayıram.
Mob. Tel: +994557454250
e-mail: vidadi.mammadov@unec.edu.az
mamedov.1951@inbox.ru
- Elektron poçt
- vidadi.mammadov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/vidadi.mammadov