Mən – Nəsibov Vüqar Nizami oğlu 2 may 1978 – ci ildə Bakı şəhərində ziyalı
ailəsində anadan olmuşam. 1984 – cü ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı
orta məktəbin birinci sinfinə daxil olmuşam. 1994 – cü ildə orta məktəbi
bitirib Bakı Dövlət Əmtəəşünaslıq İnstitutunun Qeyri - ərzaq malları
əmtəəşünaslığı fakultəsinə qəbul olunmuşam. 1998 – ci ildə institutu fərqlənmə
diplomu ilə bitirib, həmin ixtisas üzrə Azərbaycan Dövlət İqtisad
Universitetinin magistraturasına daxil olmuşam. 2000 – ci ildə magistraturanı
fərqlənmə diplomu ilə bitirmişəm.
Həmin il Elmi Şuranın qərarı ilə Azərbaycan Dövlət İqtisad
Universitetinin “Kommersiya” kafedrasında müəllim vəzifəsinə işə götürülmüşəm.
2004 cü ildə baş müəllim vəzifəsinə keçmişəm. 2005-ci ildə isə öz arzum ilə
“Menecment” kafedrasına keçmişəm.
2008–ci ildə “Azərbaycanda keçid şəraitində reklam menecmentinin
formalaşması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad
elmləri namizədi elmi adını almışam.
2013-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasının dosenti seçilmişəm.
AAK-sının 8 oktyabr 2016-cı il tarixli qərarı ilə dosent diplomuna layiq
görülmüşəm.
35 elmi əsərin müəllifiyəm. Bunlardan 2-si dərslik, biri dərs
vəsaiti, biri monoqrafiya, biri isə
metodik göstərişdir.
Hal – hazırda Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) elmlər doktorluğu proqramı üzrə
doktorantıyam və “Azərbaycanın reklam bazarında innovativ menecment
modellərinin yaradılması problemləri” mövzusunda doktorluq dissertasiyası
üzərində işləyirəm.
Ailəliyəm. 2 övladım var.
- Elektron poçt
- vugar_nasibov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/vugar_nasibov