Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, İqtisadiyyat Kafedrası, İqtisadiyyat
WoS Tədqiqat Sahələri: Economics
AVESİS Tədqiqat Sahələri: Economics
Ölçülər

Nəşr

19

Nəşr (WoS)

2

Nəşr (Scopus)

2

Açıq giriş

4
Tərcümeyi hal

28 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1997-ci ildə N.Nərimanov adına Bakı şəhər 45 saylı orta ümumtəhsil məktəbini bitirmişdir.

Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakultəsinə daxil olmuşdur.

2001-2003-cü illərdə «İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisası üzrə magistratura pilləsini başa vurmuşdur.

2009-cu ildən İqtisad Universitetinin «İqtisadi hüquq» kafedrasının «İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisası üzrə dissertantı olmuşdur.
2013-cü ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

«Yoxsulluğun və sosial qeyri-bərabərliyin azaldılması» məsələlərinə dair ümumilikdə yeddidən artıq elmi məqalənin müəllifidir.

2017-ci ilə kimi «İqtisadi hüquq» kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb.

Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının baş müəllimidir.

Ailəlidir, üç övladı var.