Korporativ Akademik dərəcələr: b.f.d
Müəssisə məlumatları: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Materiallar Mühəndisliyi İxtisası
WoS Tədqiqat Sahələri: Life Sciences (Life), Materials Science Textiles, Biology & Biochemistry
AVESİS Tədqiqat Sahələri: Textile Engineering and Technology, Food Engineering, Biotechnology, Microbiology, Natural Sciences, Engineering and Technology
Ölçülər

Nəşr

10

Nəşr (Scopus)

3

İstinad (Scopus)

9

H-indexi (Scopus)

2

İstinad (Scholar)

10

H-indexi (Scholar)

2

Ümumi İstinad Sayısı

9

Dissertasiya məsləhətləşməsi

2

Açıq giriş

12
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

b.f.d., b/ m.  Musayeva Vüsalə Hacı
vusala.musayeva@unec.edu.az

Akademik profillər: 

Google Scholar, Research Gate, ORCİD, Publons

 Dil bilikləri:  Azərbaycan, Rus, Türk

 

14 iyun  1975-ci ildə Tərtər  rayonunda  anadan  olmuşdur.

1992-ci ildə  Tərtər rayon  1 saylı  orta  məktəbi gümüş  medalla bitirmişdir. 1993-1997-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə   həmin institutun  eyniadlı ixtisası üzrə magistr səviyyəsində təhsil alaraq  fərqlənmə diplomları ilə bitirmişdir.

V.H.Musayeva 1999-cu ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.    2000-ci ildən saathesabı dərs aparmışdır . 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının assistenti, 2003-cü ildən baş müəllim vəzifəsində çalışmış, 2020-ci ildən  isə “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının  baş müəllimidir.

2014-ci ildən AMEA-nın  Mikrobiologiya İnstitutunun dissertantı  olmuş, dissertasiya  işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 noyabr 2022-ci il tarixli qərarı ilə biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Ölkəmizdə və xaricdə nüfuzlu elmi-praktik jurnallarda dərc edilmiş 60-a yaxın  elmi və metodik əsərin (tezislər, məqalələr, tipik  proqram,  2 dərslik)  müəllif və həmmüəllifidir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdi.

2018-ci ildə Unec tərəfindən Türkiyənin Uludağ Universitetinə ezam olunaraq təcrübə mübadiləsində iştirak etmişdi.

Özünüinkişaf istiqamətində çoxlu sayda təlim, seminar və kurslara qatılaraq  40-a yaxın sertifikat, fəxri fərman və təşəkkürnaməyə layiq görülmüşdü.

Türkiyənin nüfuzlu universitetləri, o cümlədən Yıldız Teknik Universiteti , Qazi Universiteti və UNEC tərəfindən Materiallar  mühəndisliyi ixtisasının fənləri üzrə təşkil olunan 14 təlimdə uğurla iştirak etmişdir, 2021-2023

NEC-in 90 illik yubileyi münasibətilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə  UNEC rektorunun  Fəxri Fərmanı ilə  təltif olunmuşdur.

Mühəndislik fakültəsinin Elmi Şurasının elmi katibidir.

BMDM-in  060644 “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisası üzrə yaradılmış  magistr dissertasiyalarının müdafiəsi şurasının elmi katibidir.

Mühəndislik fakültəsi üzrə YAP koordinatorudur.

Ailəlidir, bir övladı var.

Əlaqə
Elektron poçt
vusala.musayeva@unec.edu.az
Digər E-poçt
efendiyev.nigar@mail.ru
Veb Səhifəsi
https://avesis.unec.edu.az/vusala.musayeva
Mobil telefon
+994 556579613
Ofis
UNEC, ÜŞETİ
Poçt ünvanı
Bakı