Teymurova Vüsalə Eybulla
qızı 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
V.E.Teymurova 1999-cu ildə
Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və 2001-ci ildə həmin universitetin «Mühəndis iqtisadiyyatı»
ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2002 – ci ildən AMEA –nın İqtisadiyyat institutunda “Statistika” ixtisası üzrə dissertanturaya qəbul olmuşdur. 2007-ci il tarixində “Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının büdcə gəlirlərinin formalaşmasının statistik öyrənilməsi və qiymətləndiriılməsı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
V.E. Teymurova 2003-cü ildən
Azərbaycan Dövlət İqtisad Universitetinin «Statistika» kafedrasında
müəllim, baş müəllim vəzifəsində
çalışmışdır. 2014-cü ildən «Statistika və ekonometrika» kafedrasında dosent əvəzi vəzifəsində işləmişdir. 22.07.2019 –cu il tarixindən Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilmişdir. 2018-ci ildən
2020-ci ilədək «Statistika və ekonometrika» kafedrasında kafedra müdiri əvəzi vəzifəsində
çalışmışdır. 2020-ci ildən hal-hazıradək “Riyaziyyat və statistika” kafedrasında dosent, “Statistika” ixtisası üzrə
ixtisas rəhbəri vəzifəsində çalışır.
V.E. Teymurovanın azərbaycan və rus dillərində tədris etdiyi fənlər sırasında
Statistika, Ekonometrika, Biznes statistikası, Tətbiqi statistika, Coxölçülü
statistik təhlil və sair fənlər yer almışdır. 2013-cü ildə Xüsusi İstedadlar
Qruplarında Maliyyə- bank statistikası,
2015-2017 -ci illərdə UNEC-in SABAH qruplarında Statistika fənnini tədris
etmişdir.