Mən Rzayeva Xuraman İsmayıl qızı 1958-cu il
oktyabrın 17-də Bakı şəhəri Pirşagı qəsəbəsində anadan olmuşam. 1995-ci ildə həmin
qəsəbədə 112 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1975-ci ildə həmin
məktəbin 10-cu sinifini əla qiymətlərlə bitirmişəm.
1978-ci ildə D.Bünyadzadə adına Az.XTİ-nin maliyyə-kredit
fakültəsinin 1-ci kursuna daxil olmuş, 1982-ci ildə həmin institutu bitirmişəm.
1989-cu ildə Az.XTİ-nin siyasi iqtisad kafedrasina
laborant vəzifəsinə qəbul olmuşam. 1986-cı ildə həmin kafedrada böyük laborant
vəzifəsinə keçirilmişəm. Kafedrada işlədiyim müddətdə müsbət tərəfdən tanınmış,
öhdəmə düşən işlərin öhdəsindən layiqincə gəlmişəm.
1990-cı ildən etibarən həmin kafedranın dissertantı
olmuş, bu müddət ərzində 8 fənn üzrə namizədlik minimumlarını müvəffəqiyyətlə
vermişəm. “Aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi problemləri”
mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və onu bitirmişəm. İşlədiyim
müddətdə hər il kafedrada mənə ayrılan 0,5 ştat saat hesabı ilə dərs yükünü
yerinə yetirmişəm. 8 elmi məqalənin müəllifiyəm.
2019-cu ildən etibarən “İqtisadi nəzəriyyə”
kafedrasına müəllim vəzifəsinə qəbul olmuşam. Hal-hazırda orada müəllim kimi fəaliyyət
göstərirəm. Ailəliyəm.
- Elektron poçt
- xuraman_rzayeva@unec.edu.az
- Digər E-poçt
- xuramanrzayeva58@gmail.com
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/xuraman_rzayeva