Müəssisə məlumatları: Beynəlxalq Magistratura Və Doktorantura Mərkəzi, İqtisadi Və Texnoloji Elmlər Kafedrası, İstehlak Mallarının Ekspertizası Və Marketinqi
WoS Tədqiqat Sahələri: Engineering, Materials Science
Scopus Tədqiqat Sahələri: General Engineering, General Materials Science
AVESİS Tədqiqat Sahələri: Textile Engineering and Technology, Metallurgical and Materials Engineering, Food Engineering, Engineering and Technology
Ölçülər

Nəşr

1

Dissertasiya məsləhətləşməsi

5

Açıq giriş

5
Tərcümeyi hal

Azərbaycan Dövlət İqtisad Universitetinin

“İqtisadi və texnoloji elmlər ” kafedrasının dosenti

Yeganə Nurəddin qızı Cəfərovanın

TƏRCÜMEYİ   HALI

          Mən  Cəfərova Yeganə Nurəddin qızı  1979-cu il mart  ayının 4-də ziyalı ailəsində anadan olmuşam. 1986-ci ildə Bakı şəhərində  5 saylı orta məktəbin  1-ci sinfinə daxil olmuşam, 1996-cı ildə isə orta məktəbi bitirmişəm.

         1996-cı ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Əmtəəşünaslıq” fakültəsinin “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisasına daxil olmuşam, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 2000-ci ildə “Əmtəəşünaslıq” istiqaməti üzrə magistraturaya daxil olaraq 2002-ci ildə magistr pilləsini də fərqlənmə diplomu ilə bitirmişəm. 2002-ci ilin sentyabr ayında “İstehlak mallarının ekspertizası” kafedrasında müəllim vəzifəsində elmi-pedaqoji fəalliyətə başlamışam, 2013-cü ildən isə həmin kafedranın baş müəllimi vəzifəsində çalışmışam. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda “Neft məhsullarının keyfityyətinin yaxşılaşdırılması üçün təmizləmə metodlarının işlənməsi” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişəm. 2015-ci ildən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşəm. 2023-ci  ildən BMDM-də  dosent vəzifəsində çalışıram. 45   çap edilmiş elmi əsərlərin, o cümlədən 4 dərsliyi, 7 proqram , məqalələrin tezis və  metodik göstərişlərin müəllifiyəm.  Magistratura Mərkəzinin İxtisaslaşdırılmış elmi şuranın katibi, Tələbə Elmi Cəmiyyətinin “İstehlak mallarının ekspertizası” kafedrasınin elmi rəhbəri, universitetin Keyfiyyət elçisi kimi çalışmışam. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesinin təkmilləşdirilməsi və özünüinkişaf istiqamətində çoxlu sayda təlim, seminar və kurslara qatılaraq  sertifikatlarla təltif olunmuşam

Əlaqə