Yusif
Zeyni oğlu Fərzəliyev
Avtobioqrafiya
Fərzəliyev
Yusif Zeyni oğlu 1958-cı il 19 dekabr tarixində Beylaqan (keçmiş Jdanov)
rayonunun Şəfəq qəsəbəsində ziyalı ailəsində anadan olub. Azərbaycanlıdır.
1976-cı
ildə Beylaqan şəhər 1 saylı tam orta məktəbini fərqlənmə ilə bitirmişdir.
1977-79-cu
illərdə SSRİ Hərbi Hava Qüvvələri nəzdində fəaliyyət göstərən və SSRİ
Kosmonavtlar hazırlayan Ulduz Şəhərciyinə daha çox kosmonavt göndərən (Leonov –
açıq kosmos və başqaları 50-yə yaxın) iki dəfə Sovet İttifaqı qəhrəmanı S.İ.
Qritsevets adına Xarkov Ali Hərbi Təyyarəçiləri
Məktəbində təhsil almışdır. Sonradan səhhəti ilə bağlı həmin Məktəbdən Xüsusi
Məktubla tərxis edilmişdir.
1980-ci
ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Sərəncamı ilə Akademik
Arayışı əsasında imtahansız olaraq Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsinin birinci kursuna
keçirilmişdir və 1985-ci ildə həmin universiteti riyaziyyatçı ixtisası üzrə fərqlənmə
diplomu ilə bitirmişdir.
Həmin il Azərbaycan Elmi-Tədqiat Energetika
İnstitutunun Energetika avadanlıqlarının etibarlılığı laboratoriyasına qəbul
edilmiş və 2024-cı ilə qədər olan müddətdə mühəndis, kiçik elmi işçi, elmi
işçi, aparıcı elmi işçi, baş mütəxəssis, böyük elmi işçi və “İnformasiya
texnologiyaları” bölməsinin rəisi vəzifəsində işləmişdir.
2008-ci ildə 05.14.02 şifrli
«Elektrik stansiyaları, şəbəkələri, elektroenergetika sistemləri və onların
idarə olunması» ixtisası üzrə “İES-İN
ENERJİBLOKLARININ ETİBARLILIĞININ HESABLANMASININ DƏQİQLİYİNİN VƏ DÜRÜSTLÜYÜNÜN
ARTIRILMASI “
mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2016-cı ildə Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona dosent
elmi adı verilmişdir.
2024-cü
ildə 3341.01 şifrli “Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetika
sistemləri” üxtisası üzrə
“ENERJİSİSTEMİN
ENERJİ AVADANLIQLARININ İSTİSMAR ETİBARLI-LIĞININ AVTOMATLAŞDIRILMIŞ İDARƏ
EDİLMƏSİ” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib texnika üzrə
elmlər doktoru elmi dərəcəsini almışdır.
Üç böyük (DEPO, ANBAR və ENERGETİKA)
avtomatlaşdırılmış informasiya sistemlərinin (məsələnin qoyuluşu, riyazi
təminat, alqoritm və proqramlar) müəllifidir.
Amerika, Kanada, Rusiya, Ukrayna,
Belarusiyanın aparıcı energetika jurnallarında 100-ə qədər müəllifi və
həmmüəllifi olduğu elmi məqalələri var, o cümlədən Web of Science
platformasında 3+2, SCOPUS 9 Zentralblatt
MATH. 1 məqaləsi çap
edilmişdir.
Hazırda Azərbaycan Dövlət
İqtisad Universiteti (UNEC) -də bakalavr və magistr pillərində dosent
vəzifəsində fəaliyyət göstərir.
Bundan başqa Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan
Texniki Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.04 Dissertasiya
Şurasının Elmi Seminarının üzvüdür.
Ailəlidir iki övladı var.
- Elektron poçt
- yusif.farzaliyev@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/yusif.farzaliyev