Institutional Information: Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti, Azərbaycan Dili Kafedrası, Azərbaycan Dili
WoS Research Areas: Social Sciences (Soc), Language & Linguistics, Linguistics
Scopus Research Areas: Language and Linguistics
Avesis Research Areas: Social Sciences and Humanities, Philology, Ancient Languages and Literatures, Linguistics
Metrics

Publication

68

Publication (WoS)

1

Publication (Scopus)

1

Open Access

18
Biography

Mən, Nailə Yusif qızı Yusifova 31 iyul 1964-cü ildə Bakı şəhərində anadan olmuşam.1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil almışam. 1990-1992-ci illərdə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (BSU) saathesabı müəllim qismində ali pedaqoji fəliyyətə başlamışam. 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasında” müəllim, 2007-ci ildən baş müəllim vəzifəsində çalışıram.
2016-cı ildə Bakı Dövlət Universitetində “Azərbaycan toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işimi müvəffəqiyyətlə müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. Azərbaycan dilçiliyinin aktual məsələlərinə həsr edilmiş ölkədaxili və xaricdə elmi tezis və məqalələrlə dərc olunmuşam (5 tezis, 62 məqalə), 1 monoqrafiya, 1 dərs vəsaitinin , 2 (“Qəlbin pıçıltısı”,” Misralar”) adlı şeir kitabının müəllifiyəm.
Müxtəlif respublika və beynəlxalq əhəmiyyətli forum və simpoziumlarda iştirak etmişəm. Kafedra tərəfindən hazırlanan bir neçə dərs vəsaitinin rəyçisiyəm. Beynəlxalq konfranslarda (Türkiyə, Rusiya, Stokholm, Tokio, Macarıstan, ABŞ və s.) elmi məruzələrlə çıxış etmişəm. Azərbaycan Dövlət İqtisad Universitetinin təşkil etdiyi təlim və konfranslarda iştirak edib, sertifikat almışam. “Azərbaycan dili və nitq mədəniyyəti”,“Nitqin elmi üslubu”, “İşgüzar yazışmalar”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnləri üzrə mühazirə və məşğələ dərslərini tədris etmişəm. Tələbələrdə fəal vətəndaş mövqeyi formalaşdıraraq, milli-vətənpərvərlik ruhda inkişaf etməsinə çalışıram.
2020-ci ildə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərini və əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiyini nəzərə alaraq, UNEC-in 90 illik yubileyi münasibətilə rektor professor Ədalət Muradov tərəfindən “Fəxri Fərman”la mükafatlandırılmışam.
Heydər Əliyev adına Gürcüstün-Azərbaycan Humanitar Universitetinin Akademik Şurası tərəfindən “Azərbaycan Ədəbiyyatında Əldə Olunan Yaradıcılıq Uğurlarına Görə” diplomu ilə, o cümlədən bədii yaradıcılıqla yanaşı, ictimai fəaliyyətə görə,“SOS Uşaq kəndləri-Azərbaycan” Assosiasiyasında iştirakıma görə müxtəlif təşəkkürnamə və diplomlarla təltif olunmuşam.
İlk dəfə 14 dekabr 2003-cü il tarixində “İqtisadçı” qəzetində ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ümid çırağı” şeirimlə dərc olunmuşam.”Qızıl Qələm”, “Heydər Əliyev zirvəsi” “Müqəddəs qələm”, “XXI əsrin tanınmış ziyalıları” diplomu, ”Yurd” jurnalı-“Nəsimi” ədəbi məclisi tərəfindən “NƏSİMİ” poeziya diplomu, ”İlhamlı Azərbaycan” layihəsinin qaliblərinə verilmiş döş nişanı ilə təltif olunmuşam. Rus, ingilis və türk dillərində danışıram.
“IV.Uluslararası Türk Kültür Coğrafiyasında Egitim ve Sosyal Bilimler Sempoziyumu”na Katılım Belgesilə (2018)”,”Təhsilin sistemli idarə olunmasl və müəllim-tələbə münasibətlərinin modelləşdirilməsi” (2019,Sertifikat) mövzusunda keçirilmiş təlim,”Təhsildə müasir yanaşmalar” adlı elmi-praktik konfransda (2020,Sertifikat) və s. iştirakçı olmuşam.
Azərbaycan Respublikasında keçirilmiş ”Bakı 2015” İlk Avropa Oyunlarının təşkili və keçirilməsində könüllü qismində iştirak edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə mükafatlandırılmışam. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına uyğun olaraq 2020-ci ildə birillik xüsusi təqaüdə layiq görülmüşəm.
Yeni Azərbaycan Partiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin üzvüyəm.
Hal hazırda UNEC-in Azərbaycan dili kafedrasında filologiya üzrə fəlsəfə doktoru, baş müəllim vəzifəsində çalışıram.