TƏRCÜMEYİ-HAL
Texnika elmləri doktoru, professor Aslanov
Zabit Yunus oğlu 23 iyul 1962-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində
aşıq Yunus Aslanovun ailəsində anadan olmuşdur. 1979-cu ildə Çaparlı kənd orta
məktəbini bitirmişdir. 1980-ci ildə Ç.İldırım adına Politexnik İnstitiutuna
daxil olmuş, 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma”
fakültəsini bitirmiş və 1990-cı ilədək təyinatla Azərelektroterm istehsalat
birliyində mühəndis-texnoloq vəzifəsində işləmişdir.
1990-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin aspirantı olmuş,
1992-ci ildə “Двоякопериодические задачи неодниродной термоупругости для
массива, ослабленного квадратными полостями” adlı namizədlik dissertasiyası
müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1992-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin “Metrologiya və
standartlaşdırma” kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və
sertifikasiya” kafedrasında dosent vəzifəsində işləmişdir. Azərbaycan
Respublikasının Təhsil Naziri Ceyhun Bayramov tərəfindən 2018-ci ildə 3398 №-li
əmri ilə Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə
Nazirliyin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2011-ci ldən 2018-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin
“Standartlaşdırma və sertifikasiya” kafedrasında müdir vəzifəsində çalışıb.
Hal-hazırda “Mühəndislik və tətbiqi elmlər” kafedrasında “Sənaye mühəndisliyi”
ixtisasının ixtisas rəhbəri təyin olinmuşdur.
Z.Y.Aslanov 10 fevral 2016-cı il tarixində Azərbaycan Texniki Universitetinin nəzdindəki
birdəfəlik B/D.02.171 saylı İxtisaslaşmış Şurada 3333.01 “İstehsalın təşkili
(sahələr üzrə)” ixtisası üzrə “Sistemli yanaşma əsasında maşınqayırma sənaye məhsulunun
keyfiyyətinin idarə edilməsi metodlarının işlənməsi” adlı doktorluq
dissertasiya işini müdafiə etmişdir.
O,
265-dən çox elmi-metodik əsərlərin, o cümlədən 12 dərslik, 4 dərs vəsaiti, 2
monoqrafiya, 3 ixtira, 28 proqram və 8 metodiki göstərişin müəllifidir. SCOPUS
və Web of Science indeksli jurnallarda 4 məqaləsi dərc olunub. Son 5
ildə 53 elmi-metodiki əsərləri çap olunmuşdur. Elmi əsərləri dünyanın bir çox
ölkələrində dərc edilmişdir. O cümlədən, ABŞ-da, Kanadada, Fransada,
Almaniyada, Çexiyada, Avstriyada, Britaniyada, İtaliyada, MDB ölkələrindən
Moskvada, Sankt-Peterburqda, Kievdə, Belarusiyada, Özbəkistanda, Tacikistanda,
Qırğızıstanda və ölkəmizin bütün nüfuzlu jurnallarında elmi əsərləri nəşr
olunmuşdur. Beynəlxalq Konfranslarda çıxışlarına görə 25-dən çox sertifikata
layiq görülüb.
Ailəlidir, 2 övladı var.
- Elektron poçt
- zabit_aslanov@unec.edu.az
- Digər E-poçt
- aslanov.zabit@mail.ru
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/zabit_aslanov
- Mobil telefon
- +994 050 429 67 77