Ümumi Məlumat

Müəssisə məlumatları: Maliyyə Və Mühasibat Fakültəsi, Maliyyə Və Audit Kafedrası, Maliyyə
WoS Tədqiqat Sahələri: Economics
AVESİS Tədqiqat Sahələri: Banking - Insurance
Ölçülər

Nəşr

55

Nəşr (WoS)

1
Tərcümeyi hal

Zeynalov Zakir Hacı oğlu 7 iyun 1953-cü ildə Gürcüstan Respublikası,

Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. Zakir Hacı oğlu

Zeynalov 1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı

İnstitutunu “Kredit” , 2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəcilik Akademiyasını “Dövlət və bələdiyyə idarəetməsi”

ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Dövlət Bankı Azərbaycan kontorunun

Nəsimi şöbəsində iqtisadçı vəzifəsində işə başlayıb. 1977-2004-cü illərdə

Azərbaycanın bank sistemində müxtəlif vəzifələrdə çalışıb.

1998-2000-ci illərdə Azərbaycan Sənaye İnvestisiya Səhmdar Kommersiya

Bankında və 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankında İdarə

Heyətinin sədri vəzifələrində işləmişdir, 2008-2012-ci illərdə əmək fəaliyyətini

“Finanslizinq” ASC-də Müşahidə Şurasının sədri kimi davam etdirib.

O, 2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Bank İşi”

kafedrasında saat hesabı qaydasında dərs aparmış, 2008-2012-ci illərdə 0,5 ştat

müəllim, 2013-2014-cü illərdə baş müəllim, 15.09.2014-cü ildən 0,5 ştat dosent

əvəzi, 03.02.2016-cı il tarixindən “Maliyyə və maliyyə institutları” və “Maliyyə və

mühasibat”kafedralarında 0,5 ştat dosent vəsifəsində calışmışdır, hal-hazırda

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasında 0,5 ştat

dosent vəzifəsində işləyir.

2008-ci ildə Sankt-Peterburq Dövlət İqtisad və Maliyyə Universitetində

“Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə dissertasiya işini müdafiə edərək

Rusiyanın iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. AR Prezidenti

Yanında Ali Attestasiya Komissiyasının 11 oktyabr 2012-ci il tarixli qərarı ilə

nostrifikasiya edilərək ona iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Z.H.Zeynalov «Bank, kredit, valyuta və qiymətli kağızlar» və “Bank işi”

dərslik kitabının həmmüəllifi, “Bank Lizinqi” dərs vəsaiti kitabının, 60-dan çox

elmi əsərlərin müəllifidir. 2014-2025-ci illərdə 2 kitabı, 2 monoqrafiyası (1

monoqrafiya həmmüəlliflik), lizinq mövzusu ilə bağlı 35 elmi məqaləsi dərc

olunub. Məqalələrdən 10 xarici ölkələrdə çap olunub. 2020-2024-ci illərdə M isə

7 elmi məqaləsi dərc olunub, onlardan 2-si nüfuzlu elmi nəşr platformasında ( Web

of Science ) çap olunmuşdur.

Kafedrada tədris olunan fənnlər üzrə metodiki vəsaitlərin

hazırlanmasında, bakalavr pilləsi üzrə mühazirə mətnlərinin, imtahan


biletlərinin, testlərin və işçi programlarının tərtib edilməsində fəal iştirak

edir. Magistrantların dissertasiyalarının müdafiəsi üzrə UNEC

tərəfindən yaradılmış ixtisaslaşmış Şuraların 7-ci və 8-ci

Komissiyalarında aktiv iştrak etmiş.

Zeynalov Zakir Hacı oğlu hər il dövlət büdcəli elmi tədqiqat işini

vaxtında və keyfiyyətlə yerinə yetirir. O, beynəlxalq və respublika

saviyyəli elmi-praktik konfrans və seminarlarda elmi məruzələrlə çıxış

etmişdir.

Hazırda elmlər doktoru proqramı üzrə “Azərbaycanın bank xidmətləri

bazarında lizinqin inkişaf perspektivləri və problemləri” mövzusunda doktorluq

dissertasiya işini Zakir Hacı oğlu Zeynalov 12 mart 2025-ci ildə müdafiə etmişdir.

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5.55-ci bəndinə

uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin ED 2.10 Dissertasiya

şurası (AAK-da dissertasiya şurasının qeydiyyat nömrəsi) 12 mart 2025-ci il

tarixli iclasında (36 N-li protokol) Zakir Hacı oğlu Zeynalovun “Azərbaycanın

bank xidmətləri bazarında lizinqin inkişaf perspektivləri və problemləri”

mövzusunda yazdığı dissertasiyanın müdafiəsi əsasında 5301.01 - “Daxili fiskal

siyasət və dövlət maliyyəsi” ixtisasında iqtisad elmləri elm sahəsi üzrə elmlər

doktoru elmi dərəcəsi verilməsi haqqında qərar qəbul edilmişdir.