Institutional Information: Xarici Dillər Departamenti, Xarici Dillərin Tədrisi Mərkəzi, Filoloq (Ingilis)
WoS Research Areas: Language & Linguistics
Scopus Research Areas: Language and Linguistics
Avesis Research Areas: Philology, English Language and Linguistics
Metrics

Publication

9

Open Access

3
Biography

Züleyxa Yusubova Fərrux qızı 1960-cı ildə Bakıda anadan olmuşdur.

1977-ci ildə Bakı şəhərinin 23 N-li orta məktəbini bitirmişdir.

1982-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Alman fakultəsinin Rus bölməsini bitirmişdir.

1985-1991-ci illərdə Kosmik Tədqiqatlar İnstitutunda tərcüməçi vəzifəsində işləmişdir.

1991-2001-ci illərdə Bakı Dövlət Üniversitetində “Beynəlxalq hüquq və Beynəlxalq əlaqələr” fakultəsinin “Xarici Dillər” kafedrasında tam ştat müəllim vəzifəsində işləmişdir.

2001-2013-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dillər-1” kafedrasında 0.5 ştat müəllim vəzifəsində işləmişdir.

2014-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dillər-1” kafedrasında tam ştat baş müəllim vəzifəsinə keçmişdir.

Züleyxa Yusubova Fərrux qızı ABŞ Hökümət Departamentinin “Junior Faculty Development Program”ının məzunudur.

Amerikanın “University of Maryland” Universitetində 5 aylıq təlimi müvəffəqiyyətlə başa vuraraq Linqvistika sahəsində sertifikat qazanmışdır.

2010-cü ildən AAA (The U.S. Educated “Azerbaijani Alumni Association”) üzvüdür.

2010-cü ilin TESOL Global Member adını qazanmışdır.

2010-cü ildə ABŞ-ın Boston şəhərində keçirilən TESOL Beynəlxalq Konfransında iştirak edərək sertifikat əldə etmişdir.

2020-2021 tədris ilində British Council Creative Spark Proqramının təlimçisi kimi çalışmışdır.

UNEC-də keçirilən bir neçə monitorinqlərdə ən yüksək nəticə göstərmişdir.

2022 ildə British Council tərəfindən keçirilən APTIS imtahanında 184 bal yığaraq C1 dərəcəsini əldə etmişdir və differensial əmək haqqına layıq görülmüşdür.

2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

2020-ci ildə “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi” tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

20 elmi məqaləsi çap olunmuşdur.

Hazırda UNEC-ın Xarici Dillər Departamentinin “Xarici dillərin tədrisi mərkəzində” tam ştat baş müəllim vəzifəsində çalışır.

Züleyxa Yusubova UNEC-də müəllim fəaliyətinin innovativ metodlardan uğurla istifadə edir və Xarici Dillər Departamentinin “Xarici dillərin tədrisi mərkəzinin” ictimai işlərində fəal iştirak edir. 

Contact
Email
zuleykha_yusubova@unec.edu.az
Other Email
zuleykhayusubova@gmail.com
Web Page
https://avesis.unec.edu.az/zuleykha_yusubova
Office
Azərbaycan Dövlət İqtisad Universiteti, II-ci tədris binası