Institutional Information: Rəqəmsal Iqtisadiyyat Fakültəsi, Rəqəmsal Texnologiyalar Və Tətbiqi Informatika Kafedrası, Kompüter Elmləri Və Informasiya Təhlükəsizliyi Ixtisası
WoS Research Areas: Economics & Business, Social Sciences General, Social Sciences (Soc)
Avesis Research Areas: Social Sciences and Humanities, Economics, Econometrics, Management, Informatics, Software Management, Information Technologies, Education
Metrics

Publication

9

Publication (WoS)

4

Publication (Scopus)

9

Citation (Scopus)

73

Citation (Scholar)

314

Thesis Advisory

2

Open Access

6
UN Sustainable Development Goals
Biography

1996-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
2001-ci ildə ABŞ-ın Corciya Ştatının Atlanta şəhərində yerləşən Corciya Dövlət Universitetində MBA kurslarında təhsil almışdır.
2005-ci ildə Böyük Britaniyanın Oksford şəhərində yerləşən Oksford Universitetində “post doctoral research“ proqramı üzrə fəaliyyət göstərmişdir.
2009-cu ildə Macarıstanda Azərbaycan səfirliyinin təşəbbüsü ilə Sent İstvan Universitetində (Gödolle şəhəri), Dünya İqtisadiyyatı institutunda (Budapeşt) “Azərbaycan İqtisadiyyatı – problemlər və perspektivlər” mövzusunda mühazirələr oxumuşdur.

Hazırda “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosentidir.
2014-cü ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH mərkəzinə rəhbərlik edir.

AR Prezidentinin 2011-ci il 26 sentyabr tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilib.
2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

2020-ci ildə UNEC-in 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

2018-ci ilin may ayından “Çex sosial elmlər, biznes ve iqtisadiyyat” (“Czech Journal of Social sciences, Business and Economics”) jurnalının və “Beynəlxalq İqtisadi xəbərlər” (“International Economics Letters”) jurnallarının redaksiya heyətinin üzvüdür.