Korporativ Akademik dərəcələr: b.f.d.
Müəssisə məlumatları: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası
WoS Tədqiqat Sahələri: Ecology, Microbiology, Food Science & Technology, Physiology, Biology
AVESİS Tədqiqat Sahələri: Microbiology, Food Hygiene and Technology, Food Engineering, Food Microbiology, Food Hygiene and Sanitation, Food Technology, Food Biotechnology

Nəşrlərdə adlar: Aynur Babashly, Aynur Amirkhan Babashli, Aynur Babashli
Ölçülər

Nəşr

13

İstinad (WoS)

3

H-indexi (WoS)

1

İstinad (Scopus)

9

H-indexi (Scopus)

3

H-indexi (Scholar)

4

Açıq giriş

6
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

1980-ci il fevral ayının 18-də Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhərində Respublika İncəsənət Gimnaziyasının  1–ci sinifinə daxil olub, 1994-cü ilə kimi orada təhsil alıb. Həmin ilin sentyabr ayından təhsilini kimya-biologiya təmayüllü liseydə davam etdirib. 1997-ci ildə liseyi  bitirib 2 saylı Bakı Tibb məktəbinə daxil olub. 2000-ci ildə tibb məktəbini “Mamalıq işi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub. 2004-cü ildə həmin fakültənin bakalvr dərəcəsini, 2006-cı ildə həmin universitetin «Biologiya» fakültəsinin «Mikrobiologiya» ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsini alıb. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun «Mikrobiologiya» ixtisası üzrə əyani aspiranturasına daxil olub, 2010-cu il oktyabrın 8-də «Orta və Cənubi Xəzərin Azərbaycan sahillərindən ayrılmış bakteriyaların fenolları deqradasiya etmə qabiliyyətinin tədqiqi» adlı dissertasiya işini müdafiə edib. 20 iyun 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyyası tərəfindən biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. 2010-cu ildən 11 sentyabr 2013-cü ilə qədər AMEA-nın Mikrobiologiya İnstitutunda kiçik elmi işçi, elmi işçi və  böyük elmi işçi vəzifələrində çalışıb. 2013-cü il sentyabr ayının 15-dən Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsullarının texnologiyası” kafedrasının müəllimi, 10 fevral 2017-ci ildən baş müəllimi vəzifəsində çalışıb. Hal-hazırda “Mühəndislik və tətbiqi elmlər kafedrasının” baş müəllimi vəzifəsində çalışır.

90-dan çox elmi əsərin, o cümlədən, Bakı Elm nəşriyyatında çap olunmuş Mikroorqanizmlərin iştirakı ilə deqradasiya və transformasiya” adlı monoqrafiyanın, “Biologiya”, Qidalanma sahəsində mikrobiologiya və epidemiologiya“Qida mikrobiologiyası adlı 3 dərsliyin, “Qida fiziologiyası” fənnindən dərs vəsaitinin, “Mikrobiologiya, sanitariya və gigiyena”, “Qida fiziologiyası” fənlərindən 2 metodiki göstərişin, 8 proqramın həmmüəllifidir. Məqalələri nüfuzlu elmi nəşr platformasında (Scopus, Web of  Science, Thomson Reuters) çap olunub. 

2018-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantıdır və “Azərbaycanda istehsal edilən süd məhsullarının mikrobiotası və onların mikrobioloji monitorinq sisteminin təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiya işi üzərində işləyir.

«Xəzərin Azərbaycan sahillərindən ayrılmış mikroorqanizmlərlə aşağı temperaturda neft və neft məhsullarının biodeqradasiyasının öyrənilməsi» adlı qrant layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2012-ci il elan etdiyi «Gənc Alim və Mütəxəssislərin 1-ci qrant müsabiqəsi»-ndə  qalib gəlmişdir. «Azərbaycan regionlarında istehsal olunan südün mikrobioloji təhlükəsizliyi prinsipləri» adlı daha bir qrant layihəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı fondunun elan etdiyi «Elm-Təhsil İnteqrasiyası» adlı qrant müsabiqəsinin qalibi olmuşdur.

Ailəlidir, iki oğul övladı  var. 

Əlaqə