Hacıyeva Aytac Müzəffər qızı 1996-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” istiqaməti üzrə “Mühasibat uçotu və audit” ixtisasına daxil olmuş və 2000-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Həmin ildə universitetin “İqtisadiyyat” istiqaməti üzrə “ Mühasibat uçotu və audit” ixtisasının magistraturasına daxil olmuş və 2002-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
A.M.Hacıyeva 2018-ci ildə 53.08.01 “Ümumi iqtisadiyyat” ixtisası üzrə dissertasiya işi müdafiə etmiş və 3 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
A.M.Hacıyeva hal-hazırda 20-dən artıq məqalə və tezisin müəllifidir. O, bir neçə metodik və dərs vəsaitlərinin, tədris proqramlarının və metodik göstərişlərin həmmüəllifidir. 2023-cü ildə “Dünya iqtisadiyyatı” fənnindən distant təhsil üçün dərs vəsaiti (35 ç.v.) çap edilmişdir. “Təchizat zəncirinin idarə edilməsi” fənninin yeni model standartlara uyğun olan proqramının həmmüəllifidir. Eləcə də 2022-ci ildə “Təchizat zəncirinin idarə edilməsi” fənni üzrə Türkiyənin Hacettepe universitetinin təşkil etdiyi təlimdə iştirak etmiş və imtahandan uğurla keçmişdir.
2002-ci ildən hal-hazıra qədər universitetin “Biznes və logistika” kafedrasında baş müəllim vəzifəsində çalışır.
- Elektron poçt
- aytaj_hajiyeva@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/aytaj_hajiyeva