Müəssisə məlumatları: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Elektirik Və Elektronika Mühəndisliyi
WoS Tədqiqat Sahələri: Physics, Natural Sciences (Sci), Physics Applied, Physics Condensed Matter
AVESİS Tədqiqat Sahələri: Physics, Condensed Matter 1: Structural, Mechanical and Thermal Properties, Thermal Properties of Condensed Matter, Surfaces, Interfaces, Thin Films and Nanosystems, Electrical properties of electronic structures, interfaces, thin films and low-dimensional structures, Electronic transport in condensed matter, Natural Sciences

Nəşrlərdə adlar: Babaeva Rena Fikret, Babayeva Rena, Babayeva Rana F., Babayeva, R.F., Babaeva R.F., BABAYEVA RƏNA
Ölçülər

Nəşr

284

Nəşr (WoS)

30

Nəşr (Scopus)

50

İstinad (WoS)

189

H-indexi (WoS)

9

İstinad (Scopus)

231

H-indexi (Scopus)

10

İstinad (Scholar)

336

H-indexi (Scholar)

11

İstinad (Digər Cəmi)

201

Ümumi İstinad Sayısı

233

Açıq giriş

2
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

30 dekabr 1969-cu ildə Bakı şəhərində anadan olmuş, 1976-1986-cı illərdə Bakı şəhəri Nəsimi rayonu 42 saylı orta ümumtəhsil məktəbində təhsil almışdır. 1986-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Fizika fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur. 1991-ci ildə bu fakültəni “Fizik, fizika müəllimi” ixtisası üzrə müvəffəqiyyətlə bitirərək, dövlət göndərişi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda əmək fəaliyyətinə başlamış, 1991-ci il dekabr ayına qədər burada baş laborant vəzifəsində çalışmışdır.

1991-ci ilin sonunda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Elmi Şurasının zəmanəti ilə həmin fakültənin nəzdində fəaliyyət göstərən “Bərk Cisim Elektronikası” Elmi-tədqiqat laboratoriyasında “Fiziki elektronika” ixtisası üzrə əyani aspiranturaya daxil olmuş, 1994-cü ildə - aspirantura müddəti bitməzdən əvvəl dissertasiya işini başa çatdırmışdır.

Aspiranturada təhsilini bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərişi ilə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Fizika” kafedrasında baş müəllim vəzifəsinə təyin olunmuş, 1997-ci ildən bu kafedranın, 2000-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika və Kimya” kafedrasının dosenti olmuş, 2013-cü ildən həmin kafedranın, 2020-ci ildən isə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professoru vəzifəsində çalışmışdır.

1995-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında “İndium selen monokristalları tipli qismən nizamsız yarımkeçiricilərdə elektron proseslərinə aşqarlanmanın təsiri” mövzusunda “01.04.04 - fiziki elektronika” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik (03 may 1995-ci il, protokol № 25) və 2009-cu ildə isə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında “Nadir torpaq elementləri ilə aşqarlanmış laylı quruluşlu AIIIBVI kristalları tipli qismən nizamsız yarımkeçiricilərdə və onların əsasında hazırlanmış heterokeçidlərdə elektron hadisələrinin xüsusiyyətləri” mövzusunda, “01.04.07 - bərk cisim fizikası” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək “Fizika üzrə elmlər doktoru” elmi dərəcəsi (24 iyun 2011-ci il, protokol № 11-R) almışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attesasiya Komissiyası tərəfindən 1998-ci ildə “Fizika kafedrası” üzrə dosent (14 dekabr 1998-ci il, protokol № 47), 2017-ci ildə isə “Fizika və kimya kafedrası” üzrə professor (10 fevral 2017-ci il, protokol № 01-R) elmi adları verilmişdir.

50-dən çoxu yüksək indeksli 7 Beynəlxalq elmi jurnallarda, 55-dən çoxu 10 müxtəlif ölkədə keçirilən mötəbər Beynəlxalq Elmi Simpozium və Konfransların materiallarında, digərləri isə Azərbaycan Respublikanın və Xarici Ölkələrin çox nüfuzlu elmi jurnallarında - bütövlükdə 14 müxtəlif elmi jurnalda çap olunmuş 310-dan çox elmi əsərin, o cümlədən ali məktəblər üçün yazılmış 12 fənn proqramının, 5 dərslik və dərs vəsaitinin müəllifi, Azərbaycan Respublikasında keçirilən “Respublika Gənc Alimlərinin Müsabiqəsi”nin ilk (1995-ci il) Laureatı olmuşdur. 2016-cı ildə Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən rus dilində 1 monoqrafiya çapdan çıxmışdır. “Google Scholar” platformasında yerləşdirilmiş elmi məqalələrimə indiyədək müxtəlif alimlər tərəfindən 348-ə qədər istinad olunmuşdur. İlk dəfə olaraq apardığı təcrübi tədqiqatlarda laylı kristal quruluşlu AIIIBVI birləşmələri sinfinə aid olan yarımkeçiricilərinin kristallarında fotoelektrik, elektrofiziki, kontakt hadisələri parametrlərinin və xarakteristikalarının statistik dayanıqsızlığının səbəblərinin fiziki mexanizmi aydınlaşdırılmış və bu dayanıqsızlığın həmin yarımkeçirici kristalları nadir torpaq elementləri ilə müvafiq miqdarda aşqarlamaqla məqsədyönlü şəkildə tənzimləməyin mümkünlüyü göstərilmiş, adı gedən yarımkeçirici materiallarda zəif intensivlikli ardıcıl işıq siqnallarının fotoelektrik yaddaşı yaratmaq təsirinin additiv toplanması hadisəsi müşahidə edilmiş və bu hadisənin elmi izahı üçün xüsusi model təklif edilmişdir.

Universitetdə Elmi adların və Elmi dərəcələrin alınması üçün müraciət edən əməkdaşların təqdim etdikləri sənədləri ekspertizadan keçirmək üçün yaradılan Ekspertiza Komissiyasının, Mühəndislik fakültəsinin Elmi Şurasının və Universitet Elmi-Metodiki Şurasının üzvüdür. 01.10.2022-ci il tarixdən “Mühəndislik və tətbiqi elmlər” kafedrası “Elektrik və elektronika mühəndisliyi” ixtisasının ixtisas rəhbəri təyin edilmişdir.

1997 və 2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə, 2020-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Əlaqə
Elektron poçt
babayeva.rena@unec.edu.az
Veb Səhifəsi
https://avesis.unec.edu.az/babayeva-rena
İş telefonu
+994 124925903 Uzantı: 1336