Mən, Camalova Maral Rahib qızı Sumqayıt şəhərində anadan olmuşam. 1996-ci ildə Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyinə daxil olmuş və 2007-ci ildə liseyi müvəffəqiyyətlə bitirmişəm. Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin təşkili və idarə edilməsi” fakultəsinə daxil olmuş və 2011-ci ildə oranı bitirmişəm. Bitirdiyim il Azərbaycan Texniki Universitetinə qəbul olmuşam və 2013-cü ildə Strateji İdareetmə istiqaməti üzrə magistr təhsilini fərqlənmə diplomuna layiq görülərək sona çatdırmışam.
2016-cı ilin sentyabr ayında Azərbaycanla Macarıstan arasında
imzalanmış Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində
Macarıstan Kənd Təsərrüffatı və İctimai Elmlər Universitetində (Hungarian
University of Agriculture and Life Sciences) “Menecment və Biznesin İdarə
Olunması” istiqaməti üzrə Fəlsəfə Doktoru təhsilinə
başlamışam. 2020-ci ilin dekabrın 11-də komissiya qarşısında doktorluq
dissertasiyamı fərqlənmə (100%-dən 97%) ilə müdafiə etmişəm. Elmi şuranın 11
mart 2021 tarixli qərarıyla Fəlsəfə Doktoru elmi dərəcəsinə layiq görülmüşəm.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının
15.02.2022-ci il tarixli qərarı ilə elmi dərəcəm Azərbaycan Respublikasında
tanınmış və 5308.01 – Ümumi iqtisadiyyat ixtisasında fəlsəfə doktoru elmi
dərəcəsinə ekvivalent qəbul edilmişdir.
İyirmi doqquz sentyabr 2021 tarixindən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və Biznesin idarə edilməsi” kafedrasının tam ştat müəllimi kimi çalışmışam. Hal hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “ İqtisadi və Texnoloji Elmlər" kafedrasının tam ştat müəllimi vəzifəsində çalışıram. Altısı Scopus platformasına daxil olan (3-ü 1-cı kvartal digərləri 2-ci və 3-cü indekslənən) jurnallarda olmaqla 15 elmi əsərin müəllifiyəm. Eyni zamanda Science Citation Index Expanded siyahısına daxil olan və ABŞ-in tanınmış PLOS ONE jurnalında çap edilmiş "Cultural values and digital gap: Overview of behavioral patterns" məqaləsinin müəllifiyəm. 2025-ci ildin may ayında Springer Nature tərəfindən çap olunan "2024 Yearbook Emerging Technologies in Learning" kitabının "Adapting to Artificial Intelligence-Related Specializations in Higher Education: Evidence from Azerbaijan" bölməsinin müəllifiyəm. Hazırda elmi fəaliyyətimin əsas istiqaməti yerli və beynəlxalq elmi ədəbiyyatda "YÜKSƏK TEXNOLOGİYA MƏHSULLARI BAZARINDA İSTEHLAKÇI DAVRANIŞININ MODELLƏŞDİRİLMƏSİNƏ HOLİSTİK YANAŞMA" mövzusu ilə bağlı elmi boşluqların doldurulmasına yönəlib.
- Digər E-poçt
- maral_jamalova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/camalova.maral.rahib.2023