Korporativ Akademik dərəcələr: tex.e.n.
Müəssisə məlumatları: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Qida Mühəndisliyi İxtisası
WoS Tədqiqat Sahələri: Food Science & Technology
Scopus Tədqiqat Sahələri: Engineering (miscellaneous), Food Science
AVESİS Tədqiqat Sahələri: Health Sciences, Food Science, Food Microbiology, Food Regulations and Quality Control, Food Hygiene and Sanitation, Food Technology

Nəşrlərdə adlar: Ельза Омарова
Ölçülər

Nəşr

20

Nəşr (WoS)

4

Nəşr (Scopus)

13

İstinad (WoS)

2

H-indexi (WoS)

1

İstinad (Scopus)

18

H-indexi (Scopus)

2

İstinad (Scholar)

193

H-indexi (Scholar)

7

Ümumi İstinad Sayısı

18

Dissertasiya məsləhətləşməsi

1

Açıq giriş

7
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

Omarova Elza Mədət qızı 1956 –cı  ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşam.

1964-cü ildə II Şıxlı kəndində Sarıvəlli  kənd orta məkəbin I sinfinə daxil olmuşam.

1974-cü  ildə Qazax rayonunun II Şıxlı Sarıvəlli kənd orta məktəbini bitirmişəm.

Orta məktəbi bitirdikdən sonra .Bunyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Əmtəəşünaslıq” fakültəsininn “İctimai iaşənin texnologiyası və təşkili” ixtisasına daxil olmuşam.

1979–cü ildə D.Bunyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “İctimai-iaşənin texnologiyası və təşkili” ixtisasını bitirib , mühəndis –texnoloq diplomu almışam.

1979–cü ildə təyinatla keçmiş Kirovabad (indiki Gəncə şəhəri) şəhərinin İctimai iaşə Trestinə mühəndis - texnoloq kimi göndərilmişəm.

Gəncə şəhəri İctimai iaşə Trestində mühəndis - texnoloq ,1981-1983-cü illərdə həmin trestin nəzdindəki texnoloji yeyinti laboratoriyasında müdir işləmişəm.

1983-1984-cü illərdə Azərbaycan Texnologiya İnstitutunun “Konservləşdirmə texnologiyası” kafedrasında “İctimai-iaşənin texnologiyası və təşkili” ixtisası üzrə laborant işləmiş,həmin ildən saat hesabı ilə dərs aparmış, sonradan laboratoriya müdiri, 1989-cu ildə İctimai-iaşə, ət və süd məhsullarının texnologiyası” kafedrasında seçki yolu ilə assistent vəzifəsində çalışmışmışam.

1990- cı ildə Belorisiya Respublikasının Mogilev Texnologiya İnstitutunda məqsədli aspirant olmuş, orada da mühəndis –tədqiqatçı və texnika elmləri namizədi alimlik dərəcəsini almışam.

1997-ci ildən 2000-ci ilədək Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Qida məhsullarının texnologiyası” kafedrasında baş müəllim, dosent vəzifələrində calışmışam.

2000-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 718 saylı əmrinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldığından bu universitetin “Qida məhsullarının texnologiyası” kafedrasında dosent vəzifəsində calışmışam.

Hazırda UNEC –in “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının dosentiyəm.

İşlədiyim müddətdə “Texnologiya və dizayn” fakültəsinin Azad Həmkarlar təşkilatının sədri kimi fəaliyyət göstərmişəm.

200-dən çox elmi əsər,o cümlədən “İaşə məhsullarının texnologiyasının nəzəri əsasları”, “Mikrobiologiya , sanitariya və gigiyena”, “İaşə məhsullarının texnologiyası kursundan laboratoriya praktikumu”,”Süd və süd məhsullarının texnologiyası”,”Qida məhsulları istehsalının və saxlanmasının mütərəqqi texnologiyaları” üzrə dərsliklər və dərs vəsaiti ,çoxlu sayda proqramlar və metodiki göstərişlər, elmi məqalələr və tezislər nəşr etdirmişəm.         Respublika səviyyəsində keçirilən çoxsaylı elmi konfranslarda ,eləcə də beynəlxalq səviyyəli konfranslarda elmi məruzələrlə çıxış etmiş və tezislər dərc etdirmişəm.

Mogilyevda və Kiyevdə keçirilən konfrans materiallarında dərc olunan tezislər və elmi materiallar bu qəbilədəndir.

        UNEC-də uzun müddət səmərəli elmi-pedoqoji fəaliyyətinə və yüksək mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə 2012, 2018 və 2020-ci illərdə  fəxri fərmanla təltif edilmişəm.

2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının  100 illiyi münasibətilə “Yubiley döş nişanı “ ilə təltif olunmuşam.

2025-ci ildə yüksəkixtisaslı peşəkar iqtisadçı kadırların hazırlanmasında səmərəli elmi pedaqoji fəaliyyətinə görə və Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişəm.

2009, 2015 , 2017, 2018, 2023və 2025 –ci illərdə Mogilyev şəhərində “ Belarus Dövlət Qida və Kimya Texnologiyaları Universitetinin ” və ”Kiyev Milli Qida Texnologiyaları  Universitetinin “ elmi texniki konfranslarında xüsusi diploma və sertifikata layiq görülmüşəm.

Əlaqə