Günəş Məzahir qızı Nəsrullayeva 1994-1998-ci illərdə Bakı Əmtəəşünaslıq
Kommersiya İnstitutunun “Qida məhsullarının texnologiyası” istiqaməti üzrə «Çörək,
makaron, unlu qənnadı və qida konsentratlarının texnologiyası» ixtisası üzrə bakalavriat səviyyəsində, 1998-2000-ci illərdə həmin ixtisas üzrə magistraturada təhsil almışdır.
2000-2012 ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Çörək
məhsullarının texnologiyası və sahə avadanlıqları” kafedradasında böyük lobarant, “Qida məhsullarının
texnologiyası” kafedrasında 2012 -ci ildən müəllim,
2013 -cü ildən baş müəllimi, 2019-cu ildən hal-hazırdakı “Mühəndislik və tətbiqi
elmlər” kafedrasında dosent vəzifəsində çalışır.
2012-ci ildə
08.00.05. “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi
(komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi)”
ixtisası üzrə “Bazar iqtisadiyyatı şəraitində çörəkbişirmə sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda dissertasiya işini
müdafiə edərək iqtisad üzrə fələsəfə doktoru elmi dərəcəsi almışdır.
2018 ci ildə 3309.01- “Qida məhsullarının
texnologiyası” ixtisası üzrə elmlər
doktoru proqramı üzrə doktoranturaya qəbul olmuşdur.
G.M.Nəsrullayeva 120-ə yaxın elmi əsərin, o cümlədən
1 dərs vəsaitinin müəllifi, 7 dərs proqramlarının, 5 dərs vəsaitinin və 2 dərsliyin
həmmüəllifidir. O, müxtəlif beynəlxalq və respublika səviyyəli konfranslarda,
seminar və treninqlərdə iştirak etmişdir.