Mən Muradova Hicran Rafiq qızı 1977-ci il 16 fedvralda Bakı şəhərində
anadan olmuşam. 1984-cü ildə Bakı şəhəri 80 saylı orta məktəbin I sinfinə
getmiş, 1994-cü ildə isə oranı bitirmişəm.   Daha sonra 1995-cu ildə Ali İctimai-Siyasi
Kollecin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasının “Ümumi iqtisadiyyat”
ali peşə istiqaməti üzrə bakalabr pilləsininə daxil olmuş 1999-cu ildə oranı
“fərqlənmə” diplomu ilə bitirmişəm. Elə həmin ili Ali İctimai-Siyasi Kollecin “İqtisadiyyat”
istiqamətinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisaslaşması üzrə magistr
pilləsinə daxil olmuş, 2001-ci ildə isə  “fərqlənmə” diplomu ilə bitirmişəm.
İş fəaliyyətimə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun
(həmin dövrdə) “İstehsal vasitələrinin marketinqi” kafedrasında laborant kimi
əmək fəaliyyətinə başlamışam. Daha sonra baş laborant, 2003-cü ilin fevral
ayından isə “Logistika” kafedrasında müəllim vəzifəsində çalışmışam. Pedaqoji
fəaliyyətimlə yanaşı elmi işə də maraq göstərmiş və 2016-cı ildə “Aqrar-sənaye
müəssisələrində istehsal-satış fəaliyyətinin marketinq idarə edilməsinin
təkmilləşdirilməsi istiqamətləri” adlı dissettasiya işimi müdafiə etmiş və
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının “Fəlsəfə doktoru” diplomuna layiq görülmüşəm. 2017-ci ildə
“Marketinq” kafedrasında “baş müəllim” vəzifəsinə keçmişəm. Kafedraların
birləşdirilməsi liə əlaqədar hal-hazırda “Biznesin idarə edilməsi” kafedrasında
“baş müəllim” vəzifəsində çalışıram. 
İşlədiyim müddət ərzində müxtəlif “Marketinq”, “Logistika”, “Bazar
infrastrukturu”, “Ehtiyatların idarə ediməsi” və.c. fənnlərdən mühazirə və
seminar dərslərini aparmışam. 
Müxtəlif illərdə Respublikada və xarici ölkələrdə 20-yə yaxın elmi
məqaləm çap edilib. Eyni zamanda 2 məqaləm “Scopus”  bazasında yer almışdır. Universitet rektorunun
əmrinə əsasən buna görə “pul mükafatı” ilə 
 təltif edilmişəm. 
Müdafiə etdikdən sonra 20 dən artıq magistrin elmi rəhbəri olmuş,
həmin magistlər də müvəffəqiyyətlə öz elmi işlərini müdafiə etmişdilər. 
Pedaqoji fəaliyyətlə yanaşı,  ictimai işlərdə də aktiv iştirak etmişəm.
2016-cı ildən “Biznes və menecment” fakültəsində elmi katib kimi fəaliyyət
göstərirəm. Fakültə FHT-nin üzvüyəm. Fakültə İntizam Komissiyasının üzvü və
katibiyəm. Mentor fəaliyyətində də yaxından iştirak edirəm. Universitet rektorunun
əmrinə əsasən “Keyfiyyət elçisi” kimi fəaliyyət göstərirəm. Pandemiya dövrü
ərzində  keyfiyyət elçisi kimi də
universitet daxili təlimlərin keçirilməsində, dərslərin monitorinqinin
aparılmasında və digər işlərdə yaxından iştirak etmişdir. Onlayn İmtahanların
təşkili zamanı subadmin kimi fəaliyyət göstərmiş müəllimlərin proktor kimi
ixtisaslaşması üçün təlimlər keçmişdir. Bunanla bağlı da rəhbərlik tərəfindən
mükafatlara layiq görülmüşdür. Həmin dövrdə fakültənin də işlərinin operativ və
fasiləsiz təşkili üçün lazımi köməkliyimi göstərmişəm. 
İşlədiyim müddət ərzində müxtəlif təlim və seminarlarda iştirak etmiş
və sertifikatlara layiq görülmüşəm. Belə ki, 2018- ci il 5-9 fevralda UNEC-in
Quba tədris, idman və istirahət mərkəzində təşkil olunmuş “Tədris
materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması”
mövzusundakı təlimdə iştiraka görə, 2018-ci ildə “Müəllimlər günü” münasibətilə
UNEC-də uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla
təltif edilmişdir. 2019-cu ildə Beynəlxalq standartlar əsasında hazırlanan
sillabus tədrisi ilə bağlı “Marketinq” fənni üzrə təlimdə iştirak etmiş,
imtahan vermiş və müvəffəq nəticə əldə etdiyinə görə sertifikata layiq
görülmüşdür. 2020-ci ildə UNEC-in 90 illik yubileyi münasibətilə yüksək ixtisaslı
mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə  Fəxri Fərmanla təltif edilmişdir.  Bununla yanaşı yeni standartlara uyğun olaraq
“Yeni məhsulun yaradılması” fənni üzrə İstanbul Universitetinin müəllimləri
tərəfindən keçirilən təlimdə iştirak etmiş və yüksək bal almışdır. Keyfiyyət
elçilərinə UNEC tərəfindən keçirilən ingilis dili dərslərində də iştirak edərək
müvəffəq nəticə göstərmişdir. 
Universitet daxili reytinq cədvəli üzrə yaxın 5 il ərzində ümumi 299,
kafedra üzrə isə 11-ci yerdə qərarlaşmışam. İşlədiyim müddət ərzində istər
fakültə, istər kafedra və istərsə də tələbələr arasında hörmət qazanmışam.
Hal-hazırda metodik vəsait üzərində işləyir, elmi-pedaqoji və universitetin
ictimai həyatında da fəaliyyətimi davam etdirirəm.
 Ailəliyəm və iki övladım var.
- Elektron poçt
- hijran_muradova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/hijran_muradova
 
                