Mən - İsmayılov İsmayıl Elman oğlu 1973-cü ildə Azərbaycan Respublikasının Qəbələ rayonunun Xırxatala kəndində ziyalı ailəsində anadan olmuşam. 1991-ci ildə Xırxatala kənd orta məktəbini əla qiymətlərlə bitirmişəm. Həmin il də o vaxt Azərbaycan Dövlət İqtisad İnstitutu adlanan indiki Azərbaycan Dövlət İqtisad Universitetinə - UNEC-ə daxil olmuşam. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Əməyin iqtisadiyyatı» ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. 1998-ci ilin may ayında keçmiş “Əməyin iqtisadiyyatı və sosiologiyası” kafedrasına böyük laborant vəzifəsinə qəbul edilmişəm. Eyni zamanda həmin il kafedranın dissertantı kimi elmi iş götürərək işləməyə başlamışam. 2001-ci ildən başlayaraq keçmiş “Əməyin iqtisadiyyatı və sosiologiyası” kafedrası tərəfindən saathesabı tədris yükü ilə təmin edilmiş, müxtəlif fənnlədən mühazirə və məşğələ dərsləri aparmışam.
Namizədlik minimumlarını müvəffəqiyyətlə verərək 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsini almışam. 2008-ci sentyabr ayından Universitetin rektorunun əmri ilə “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müəllimi vəzifəsinə təyin olunmuşanm. 2009-cu ildə kafedranın müəllimi vəzifəsinə, 2013-cu ildə isə kafedranın Baş müəllimi vəzifəsinə seçilmişəm.
05 fevral 2018-ci ildə UNEC rektorunun əmri ilə “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosenti vəzifəsinə təyin olunmuşam.
Universitetdə aparılan struktur islahatları ilə əlaqədar “Əməyin iqtisadiyyatı və təşkili” kafedrası ləğv edildiyindən 2019-cu ilin may ayında UNEC rektorunun əmri ilə “Menecment” kafedrasının dosenti vəzifəsinə təyin edilmişəm.
Elmi-pedaqoji fəaliyyətim, tədris sahəsindəki işim, universitetin ictimai həyatında fəal iştirakım nəzərə alınaraq 2020-cu ildə “Menecment” kafedrası üzrə boş olan dosent vəzifəsinə seçilmişəm.
“Menecment” kafedrasının ləğvi ilə əlaqədar 30 sentyabr 2022-ci ildən “Biznes və Logistika” kafedrasının dosenti kimi fəaliyyət göstərirəm.
Pedaqoji fəaliyyətim dövründə müxtəlif tədris metodik işlər yerinə yetirmişəm. Mühazirə dərsləri üçün mətnlər tərtib etmiş, mühazirə mətnlərinin elektron versiyalarını, proqramlar, slabusllar, metodik göstərişlər, imtahan testlərinin suallarını hazırlamışam.
“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin yazılmasında iştirak etmişəm.
Dünyanın və Respublikanın müxtəlif elmi nəşrlərində 32 elmi məqaləm çap olunub. Dərslik kimi çap olunan «Heyətin idarə edilməsi» kitabının həmmüəllifiyəm. Həmçinin bir metodik göstərişin, 5 proqramın müəllifi, “Erqonomika” kitabının elmi redaktoruyam.
“İnsan resurslarının idarə edilməsi”, “Keyfiyyətin idarə edilməsi”, “Biliklərin idarə edilməsi”, “Əməliyyatların idarə edilməsi” və “Təşkilat Nəzəriyyəsi” proqramlarını yeni tələbləə uyğun olaraq hazırlayıb təqdim etmişəm.
15-ə yaxın beynəlxalq və respublika səviyyəli elmi konfranslarda məruzəçi və nümayəndə kimi iştirak etmişəm.
Hazırda magistratura üçün «İşgüzar ünsiyyət» fənnindən dərsliyin, bakalavrlar üçün isə “İnsan kapitalı” adlı interaktiv dərs vəsaitinin üzərində işləyirəm.
“Thomson Reuters”in “WEB of Science” bazasına daxil olan “PONTE Journal” nəşrində e-ticarətə həsr olunmuş geniş məqaləm dərc olunub. Həm bu, həm də “Rəqəmsal iqtisadiyyat: müasir çağrışlar və real imkanlar” adlı beynəlxalq konfransa təqdim olunmuş məqaləm sertifikata layiq görülüb. Azərbaycan gənclərinin məşğulluq probleminə həsr olunmuş daha bir məqaləm isə ECD beynəlxalq konfransının materiallarında dərc olunub.
2021-ci ildən UNEC-in “Beynəlxalq magistratura və doktorantura” mərkəzində “5308.01 -“Ümumi iqtisadiyyat” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün qiyabi təhsil alıram. Elmi işimin mövzusu Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən “İqtisadiyyatın rəqəmsallaşması şəraitində milli əmək bazarının tənzimlənməsi problemləri” adı ilə təsdiqlənmişdir.
UNEC rektorunun 28 deabr 2018-ci il tarixli əmri ilə UNEC-də yaradılan Əmək Bazarının Monitorinqi Mərkəzunun rəhbəri təyin olunmuşam. Mərkəzin rəhbəri kimi də Respublikanın əmək bazarındakı problemlərlə bağlı tədqiqat aparıb seminarlar keçirmişəm.
Yüksək ixtisaslı kadr hazırlığında səmərəli fəaliyyətimə görə 04 sentyabr 2018-ci ildə Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilmişəm.
Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayevin 25 noyabr 2020-ci il tarixli əmri ilə UNEC əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və təhsilin inkişafında xidmətlərinə, yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedoqoji fəaliyyətlərimə görə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişəm.
- Elektron poçt
- i.ismayilov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/i.ismayilov