Mirağa Məhərrəm oğlu Əhmədov
12 mart 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1996-cı
ildə Bakı Əmtəəşünaslıq – Kommersiya İnstitutunun “Qeyri ərzaq mallarının
əmtəəşünaslığı” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən gənc
kadrlara olan ehtiyacı nəzərə alaraq Təhsil Nazirliyinin göndərişi əsasında Bakı
Əmtəəşünaslıq – Kommersiya İnstitutunda “Kommersiya və İdarəetmə” kafedrasında
assistenti kimi əmək fəaliyyətinə başlamışdır. 2000-ci ildən Azərbaycan Dövlət
İqtisad Universitetində həmin kafedrada baş müəllim, hazırda isə “Biznes və
logistika” kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır. 2007-ci ildə
namizədlik dissertasiya işini müdafiə etmiş, Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya
Komissiyasının qərarı ilə iqtisad elmlər namizədi alimlik dərəcəsi
almışdır. AMEA-nın “İqtisadiyyat” İnstitutunun doktorantıdır, ilkin müzakirəni
keçmiş və müdafiə ərəfəsindədir. 2004 – 2014-cü illərdə “Texnologiya və dizayn”
fakültəsində dekan müavini vəzifəsində işləmişdir. 2014-cü
ildən Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) Kommersiya
fakültəsinin dekanı olub. Hazırda “Biznes və menecment” meqa fakültəsinin
dekanıdır. 2015-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlik
Proqramında (Ali Təhsilin idarə edilməsi) iştirak edərək Beynəlxalq sertifikata
layiq görülüb. Bununla yanaşı bir çox xarici ölkələrin universitetlərinində
mübadilə proqramlarının iştirakçısıdır.Pedoqoji fəaliyyətilə yanaşı
elmi-tədqiqat işləridə aparır, respublikada və xarici ölkələrdə nəşr olunan
jurnallarda məqalələri çap olunmuşdur. Beynəlxalq konfransların məruzəçisi
olmuşdur. 60-a yaxın elmi əsərlərin müəllifidir. O cümlədən, dərslik, dərs vəsaiti,
monoqrafiya, metodik göstəriş, tədris proqramının, 53 elmi məqalənin (12
xaricdə o, cümlədən ikisi “Thomson Reuters”, “Scopus” bazasına daxil olan
jurnalda da çap olunmuşdur) müəllifidir.