Müəssisə məlumatları: Biznes Və Menecment Fakültəsi, Biznes Və Logistika Kafedrası, Beynəlxalq Ticarət Və Logistika
WoS Tədqiqat Sahələri: Social Sciences (Soc), Business, Economics
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities, Economic Policy, International Economics

Nəşrlərdə adlar: Гулиев Мушфиг, Guliyev Mushfig, QULİYEV MÜŞFİQ
Ölçülər

Nəşr

33

Nəşr (WoS)

1

Nəşr (Scopus)

11

İstinad (Scopus)

16

H-indexi (Scopus)

3

İstinad (Scholar)

71

H-indexi (Scholar)

5

Açıq giriş

27
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

Tərcümeyi hal

Quliyev Müşfiq Yelmar oğlu, 1969-cu il təvəllüdlü, azərbaycanlı,

 

1993-cü ildə Azərbaycan Dövlət Iqtisad İnstitutunu bitirmişdir və həmin ildən «Marketinq və xarici iqtisadi əlaqələr» kafedrasında laborat vəzifəsində  əmək fəaliyyətinə başlamışdır.

1993-1996-cı illərdə laborant, assistent; 1997-2002-ci illərdə müəllim, baş müəllim; 2006-2017-ci illərdə dosent; 2005-2008-ci illərdə əvəzçiliklə əcnəbi tələbələr üçün hazırlıq şöbəsinin inspektoru; 2008-2010-cu illərdə «Beynəlxalq iqtisadi münasibətlər» fakultəsinin qiyabi təhsil üzrə dekan müavini; 2010-2015-ci illərdə “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının dosenti; 2015-2017-ci illərdə  “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti;  2017-2022-ci illərdə  “Beynəlxalq iqtisadiyyat” kafedrasının 0,5 stat professoru; 15.09.2022-ci il tarixdən hal hazıradək «Biznes və loqistika» kafedrasında professor vəzifəsində çalışır. Həmçinin 15.09.2022-ci il tarixdən  «Biznes və loqistika»  kafedrasının “Beynəlxalq ticarət və loqistika” ixtisas qrupları üzrə proqram rəhbəridir.

2002-ci ildə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetində  «Dünya iqtisadiyyatı» ixtisası üzrə «Azərbaycanın Rusiya Federasiyası ilə iqtisadi əlaqələri və onun inkişaf problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

 2011-ci ildə isə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetində «Dünya iqtisadiyyati» ixtisası üzrə «MDB-nin neft hasil edən ölkələrinin sənaye-investisiya əməkdaşlığının nəzəriyyə və praktikası»  mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri doktoru  elmi dərəcəsi almışdır.

2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat üzrə Ekspert Şurasının  üzvü kimi fəaliyyət göstərmişdir.

100-dən artıq elmi və metodiki əsərin, o cümlədən Azərbaycanda və Rusiya Federasiyasında çap olunmuş 3 elmi monoqrafiyanın və 2 dərs vəsaitinin  müəllifidir. Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Polşa, Makedoniya, Cexiya, Slovakiya və Portuqaliyada  keçirilən beynəlxalq elmi konfransların  materiallarında, ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya və Litvanın bir sıra xarici elmi nəşrlərində məqalə və məruzələri  dərc olunmuşdur.

1993-2002-ci illərdə «Beynəlxalq iqtisadi münasibətlər» fakultəsində Tələbə Elmi Dərnəyinin rəhbəri, 1995-2015-сi illərdə həmin fakultənin  kafedralararası problem-elmi seminarının  elmi katibi,  2002-2007-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisad elmləri: nəzəriyyə və praktika» jurnalının məsul katibi kimi çalışmışdır.

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu nəzdində 5310.01- “Dünya iqtisadiyyatı” ixtisası üzrə  FD 1.11 Dissertasiya şurasının üzvüdür. 2019-cu  ildən şuranın nəzdində «Dünya  iqtisadiyyatı» ixtisası üzrə elmi seminara sədrlik edir.

2006-cı ildə ictimai fəaliyyətinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı  ilə təltif edilmişdir.

Universitetin ictimai işlərində fəal iştirakına və iqtisadçı kadrların hazırlanmasında uzunmüddətli səmərəli elmi-pedaqoji  və əmək fəaliyyətinə  görə 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin  Fəxri Fərmanı ilə təltif  edilmişdir. 2022-ci ildə “UNEC Günü” ilə əlaqədar universitet həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilmişdir.

Təhsilin inkişafındakı xidmətlərinə, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində nailiyyətlərinə görə  2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 sentyabr tarixli 2278 nömrəli Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.

Ailəlidir, 2 övladı var.