Ölçülər

Nəşr

12

İstinad (WoS)

121

İstinad (Scopus)

164
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri

HAQQIMIZDA:

UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi (UNEC və Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə) Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 14 iyul 2023-cü il tarixli iclasının 188 №-li Qərarı və UNEC rektorunun 21 iyul 2023-cü il tarixli 558/3/2023 №-li əmrinə əsasən yaranmışdır.

UNEC Rektorunun 13.11.2023-cü il tarixli 987/3/2023 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC EFTİED-in direktoru, “Maliyyə və audit” kafedrasının professoru i.e.d. Məmmədov Zahid Fərrux oğluna həvalə edilmişdir

 MƏQSƏDİMİZ

  • Avrasiya məkanında iqtisadi inkişaf meyillərinin və regional inteqrasiya proseslərinin elmi tədqiqi;

  • region ölkələrinin iqtisadi siyasətinin, ticarət və investisiya əlaqələrinin analizi və müqayisəli araşdırılması;

  • Avrasiya regionunda iqtisadi əməkdaşlıq, logistika, enerji və nəqliyyat layihələrinin iqtisadi təsirlərinin öyrənilməsi;

  • beynəlxalq elmi qurumlar və universitetlərlə birgə tədqiqat layihələrinin həyata keçirilməsi;

  • Avrasiya iqtisadiyyatına dair analitik hesabatların, tövsiyələrin və elmi nəşrlərin hazırlanması;

  • gənc tədqiqatçıların hazırlanması və beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi.