Enerji İqtisadiyyatı Mərkəzi

Enerji İqtisadiyyatı Mərkəzinə xoş gəlmisiniz!

Enerji sektorunun iqtisadi aspektlərini araşdırmaq, enerji siyasətlərinin formalaşmasına dəstək vermək və davamlı inkişaf üçün innovativ həllər təklif etmək məqsədilə qurulan Enerji İqtisadiyyatı Mərkəzi, bu sahədə elmi təhlil və strateji yanaşmalar təqdim edən aparıcı tədqiqat mərkəzlərindən biridir.

Mərkəzimiz enerji bazarları, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri və enerji təhlükəsizliyi kimi sahələrdə analitik tədqiqatlar apararaq, dövlət, özəl sektor və akademik ictimaiyyət üçün dəyərli məlumat və tövsiyələr təqdim edir.

Fəaliyyətimizə maraq göstərdiyiniz üçün təşəkkür edirik. Sizi Enerji İqtisadiyyatı Mərkəzinin fəaliyyətləri ilə yaxından tanış olmağa dəvət edirik.