Enerji İqtisadiyyatı Mərkəzi – EİM Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 6 Dekabr 2018-ci il tarixli iclasının EŞ-162 №-li Qərarı və UNEC Rektorunun 21 dekabr 2018-ci il tarixli 1124/3/2018 №-li əmrinə əsasən yaradılmışdır.
UNEC Rektorunun 29 may 2019-cu il tarixli 365/3/2019 №-li əmrinə əsasən Mərkəzə ictimai əsaslarla rəhbərlik iqtisad elmləri doktoru, professor Hacızadə Elşən Mahmud oğluna həvalə edilmişdir.
Enerji sektorunun aktual problemlərinin həlli istiqamətində araşdırmalar aparmaq, enerji resurslarından səmərəli istifadə əsasında innovativ texnologiyaların tətbiqi üzrə elmi işləmələr yerinə yetirmək, UNEC-in professor-müəllim heyətinin və tələbələrinin müvafiq istiqamətdəki fəaliyyətlərində dəstək olmaq, onun iqtisadiyyatın real sektoru, dövlət və ictimai institutlar ilə əlaqələrini inkişaf etdirmək, ekspert və konsaltinq xidmətlərini göstərmək, milli enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və enerji effektivliyinin artırılması üzrə layihələr, inkişaf ssenariləri hazırlamaq və təkliflər vermək.