UNEC İSLAM İQTİSADİYYATI VƏ MALİYYƏSİ TƏDQİQAT MƏRKƏZİ

UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzinə xoş gəlmisiniz!

Mərkəzimiz, İslam iqtisadiyyatı və maliyyəsi sahəsində elmi tədqiqatların aparılması, praktik biliklərin inkişaf etdirilməsi və bu sahədə müasir çağırışlara cavab verən intellektual mühitin formalaşdırılması məqsədilə fəaliyyət göstərir.

Əsas hədəfimiz – milli və beynəlxalq səviyyədə İslam iqtisadi sisteminə dair bilik və təcrübənin dərinləşdirilməsi, elmi əsaslı yanaşmaların təşviqi və bu sahədə siyasət formalaşdırıcılarına, akademiklərə və maraqlı tərəflərə faydalı töhfələr verməkdir.

Tədqiqatçılar, tələbələr və sahəyə maraq göstərən bütün tərəfdaşlarımızla birgə əməkdaşlıqdan məmnuniyyət duyuruq.

UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi – elmi düşüncə ilə etik maliyyəyə aparan yol!