UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 13 sentyabr 2023-cü il tarixli iclasının 189 №-li Qərarı və UNEC rektorunun 833/3/2023 №-li əmrinə əsasən Meybullayev İslam İqtisadiyyatı Mərkəzi və UNEC İslam Maliyyə Mərkəzinin əsasında yaranmışdır.
UNEC Rektorunun 13.11.2023-cü il tarixli 987/3/2023 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti i.f.d. Xanlar Zadə Sərvinaz Məmməd Həsən qızına həvalə edilmişdir.