Karbohidrogenlərin istehsalı, daşınması və emalında resursa qənaət edən texnologiyalar UNEC Elmi-Tədqiqat Mərkəzi

Karbohidrogenlərin İstehsalı, Daşınması və Emalında Resursa Qənaət Edən Texnologiyalar Elmi-Tədqiqat Mərkəzinə xoş gəlmisiniz!

Sizi karbohidrogenlərin istehsalı, daşınması və emalında resursa qənaət edən texnologiyalar sahəsində aparılan elmi-tədqiqat və innovativ yanaşmalar üzrə fikir və təcrübə mübadiləsinə dəvət edirik.

UNEC-in Elmi-Tədqiqat Mərkəzi bu istiqamətdə yeni yanaşmaların, yüksək səmərəli texnoloji həllərin və müasir enerji resurslarına qənaət edən metodların tədqiqi və tətbiqi üçün geniş əməkdaşlıq imkanları təklif edir. Məqsədimiz karbohidrogen sənayesində dayanıqlı inkişafı dəstəkləmək, yerli və beynəlxalq elmi potensialı bir araya gətirərək bu sahədə innovativ texnologiyaların tətbiqini təşviq etməkdir.

Sizi UNEC Elmi-Tədqiqat Mərkəzində əməkdaşlığa və bu sahədə birgə layihələrdə iştirak etməyə dəvət edirik.