HAQQIMIZDA: Karbohidrogenlərin istehsalı, daşınması və emalında resursa qənaət edən texnologiyalar UNEC Elmi-Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 21 noyabr 2024-cü il tarixli iclasının 198 №-li Qərarı və UNEC Rektorunun 11 dekabr 2024-cü il tarixli 1214/3/2024 №-li əmrinə əsasən yaranmışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində yaradılmış Karbohidrogenlərin İstehsalı, Daşınması və Emalında Resursa Qənaət Edən Texnologiyalar Elmi-Tədqiqat Mərkəzi ölkənin enerji sektorunda elmi potensialın gücləndirilməsi, innovativ və dayanıqlı texnologiyaların inkişaf etdirilməsi məqsədi daşıyır.

Məqsədimiz:

Karbohidrogenlərin hasilatı, nəqli və emalı proseslərində istifadə olunan texnologiyaların enerji effektivliyi, iqtisadi məqsədəuyğunluğu və ekoloji təhlükəsizliyi sahəsində fundamental və tətbiqi tədqiqatların aparılması;

Professor-müəllim heyəti və tələbələrin elmi fəaliyyətinə dəstək göstərmək, onların beynəlxalq elmi bazalara çıxış imkanlarını genişləndirmək;

Yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi.

Fəaliyyət İstiqamətlərimiz:

Elmi layihələrin hazırlanması və icrası;

Elmi məqalələrin və patentlərin hazırlanması;

Elmi seminarlar, konfranslar və təlimlərin təşkili;

Enerji səmərəliliyi və ətraf mühitin qorunması üzrə yenilikçi texnologiyaların təşviqi;

Tələbələrin və gənc tədqiqatçıların layihələrə cəlb olunması.

Bu mərkəz vasitəsilə UNEC iqtisadiyyatla bağlı enerji tədqiqatlarının mərkəzlərindən birinə çevrilməyi, həmçinin Azərbaycan və region üçün aktual olan enerji problemlərinə elmi əsaslı həll yolları təqdim etməyi hədəfləyir.