UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzi

UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinə Xoş Gəlmisiniz!

Kiçik və Orta Biznesin inkişafı ölkəmizin iqtisadi dinamikasının əsas təməl daşlarından biridir. Bu sahədə elmi araşdırmalar aparmaq, innovativ həllər və strateji tövsiyələr hazırlamaq məqsədilə fəaliyyət göstərən UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzi, biznes ekosisteminin gücləndirilməsinə öz töhfəsini verməkdədir.

Mərkəzimiz sahibkarlar, tədqiqatçılar və dövlət qurumları ilə əməkdaşlıq edərək, biznesin dayanıqlı inkişafı üçün elmi əsaslı analizlər və praktiki tövsiyələr təqdim edir.

Fəaliyyətlərimizə göstərdiyiniz maraq üçün təşəkkür edir, sizi Mərkəzimizin layihələri və təşəbbüsləri ilə yaxından tanış olmağa dəvət edirik.