Kiçik və orta biznesin inkişafı UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 28 fevral 2019-cu il iclasının 164№-li Qərarı və UNEC rektorunun152/3/2019 №-li əmrinə əsasən yaranmışdır.
Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin adı 04.02.2021-ci il tarixdən dəyişdirilərək “UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzi” adlandırılmışdır.
UNEC rektorunun 24/3/2021 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin «İqtisadiyyat və idarəetmə» kafedrasının müəllimi Cəbrayıl Xəlil oğlu Vəliyevə həvalə edilmişdir.
MƏQSƏDİMİZ
kiçik və orta biznes sektorunun inkişaf meyillərinin və problemlərinin elmi tədqiqi;
sahibkarlıq mühitinin, dövlət dəstək mexanizmlərinin və biznes ekosisteminin təhlili və qiymətləndirilməsi;
KOB-ların innovasiya, rəqəmsallaşma və rəqabət qabiliyyətinin artırılması istiqamətində tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi;
sahibkarlıq fəaliyyəti üzrə analitik hesabatların, tövsiyələrin və elmi nəşrlərin hazırlanması;
biznes strukturları, dövlət qurumları və beynəlxalq təşkilatlarla elmi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi;
gənc tədqiqatçıların və tələbələrin sahibkarlıq və biznes araşdırmaları sahəsində elmi fəaliyyətə cəlb edilməsi.