UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi

UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinə Xoş Gəlmisiniz!

Müasir iqtisadi mühitdə şəffaflıq, hesabatlılıq və maliyyə dayanıqlılığı hər bir iqtisadi sistemin effektiv fəaliyyətinin əsas şərtləridir. Bu istiqamətdə elmi-praktiki araşdırmalar aparmaq və müasir yanaşmaları təşviq etmək məqsədilə yaradılan UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi, milli və beynəlxalq səviyyədə aparıcı tədqiqat platformalarından biri olmağa iddialıdır.

Mərkəzimiz mühasibat uçotu standartları, maliyyə hesabatlarının təhlili, büdcə və vergi siyasətləri, korporativ maliyyərisklərin idarə olunması kimi sahələrdə fundamental və tətbiqi tədqiqatlar həyata keçirir. Eyni zamanda dövlət qurumları, özəl sektor və akademik ictimaiyyət üçün analitik məlumatlar və praktik tövsiyələr təqdim edir.

UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi olaraq məqsədimiz, elmi əsaslı qərarların qəbuluna dəstək verməklə, Azərbaycanda maliyyə və mühasibat sahəsinin inkişafına töhfə verməkdir.

Fəaliyyətimizə göstərdiyiniz marağa görə təşəkkür edir, sizi mərkəzimizin tə