UNEC-in Elmi Şurasının 16.09.2022-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə 13.10.2022-ci il tarixdən UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi yaradlmışdır.
UNEC Rektorunun 01 dekabr 2022-ci il tarixli 1019/3/2022 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik PhD dos. Məlikov Kamran Telman oğluna həvalə edilmişdir
MƏQSƏDİMİZ:
mühasibat uçotu, audit və maliyyə idarəetməsi sahəsində elmi tədqiqatların aparılması;
maliyyə hesabatlılığı, şəffaflıq və korporativ idarəetmə mexanizmlərinin təhlili və təkmilləşdirilməsi üzrə araşdırmaların həyata keçirilməsi;
beynəlxalq maliyyə hesabatı standartlarının və müasir maliyyə alətlərinin tətbiq imkanlarının öyrənilməsi;
maliyyə bazarlarının inkişafı və maliyyə risklərinin idarə olunması ilə bağlı analitik hesabatların və tövsiyələrin hazırlanması;
dövlət qurumları, maliyyə institutları və beynəlxalq təşkilatlarla birgə elmi və tətbiqi layihələrin həyata keçirilməsi;
tələbə və gənc tədqiqatçıların mühasibat və maliyyə sahəsində elmi fəaliyyətə cəlb olunması.