UNEC Regional iqtisadiyyat Tədqiqat Mərkəzi
UNEC Regional İqtisadiyyat Tədqiqat Mərkəzinə Xoş Gəlmisiniz!
Azərbaycanın iqtisadi inkişafının dayanıqlı şəkildə təmin olunması üçün regional səviyyədə iqtisadi proseslərin dərin təhlili və inkişaf potensialının düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə fəaliyyət göstərən UNEC Regional İqtisadiyyat Tədqiqat Mərkəzi, ölkənin müxtəlif iqtisadi-coğrafi bölgələrində baş verən sosial-iqtisadi trendləri araşdırmaqla, bölgələr üzrə balanslı və məqsədyönlü inkişaf siyasətlərinin formalaşdırılmasına elmi dəstək verir.
Mərkəzimiz regionların iqtisadi strukturunun təhlili, resurs potensialının qiymətləndirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və yeni iqtisadi zonaların inkişafı kimi prioritet sahələrdə analitik və tətbiqi tədqiqatlar aparır.
UNEC Regional İqtisadiyyat Tədqiqat Mərkəzi olaraq məqsədimiz, regionların iqtisadi aktivliyini artırmaqla yanaşı, milli iqtisadiyyatın diversifikasiyasına töhfə verməkdir.
Fəaliyyətimizə göstərdiyiniz marağa görə təşəkkür edir, sizi Mərkəzimizin elmi istiqamətləri, tədqiqat layihələri və əməkdaşlıq imkanları ilə yaxından tanış olmağa dəvət edirik.